Page 327 - "Bildirçin və payız"
P. 327
Ùåêàéÿëÿð

yaraq, hakimin sözlәri işıq sürәtiylә yayıldı vә tәsirsiz
dә ötüşmәdi. Hәm bәdәvilәr, hәm dә turistlәr arasında
dava-dalaş başladı. Sonra iki tәrәf bir-biri ilә
dalaşmağa girişdi. Dalaşanlar bir yana, bәzilәri
oxumağa, oynamağa, bәzilәri isә çalanın әtrafına
toplaşıb sevişmәyә başladılar. Oğru isә bu sәhnәdәn
bir az da vәcdә gәlәrәk rәqsinә rәnglәr qatır, bir
ayağının ucunda fırlanırdı. Getdikcә dava da, rәqs dә,
sevişmә vә ölüm dә, yağış da – hәr şey son hәddә çat-
maqda idi.

Çardaq altında dayananlara yekәpәr, hündürboy,
başıaçıq bir nәfәr yaxınlaşdı. Əynindә qara şalvar vә
sviter olan bu adam әlindә binokl saxlamışdı.
Adamları saymazyana itәlәyә-itәlәyә çardaq altında
bir az var-gәl etdi, binoklu ilә küçәni diqqәtlә gözdәn
keçirәrәk dodaqaltı mızıldandı:

– Pis deyil... Pis deyil!
Çardaq altındakılar diqqәtlә ona baxdılar.
– Bu, odur?
– Hә, bu, rejissordur.
– Siz hәr şeyi necә lazımdır elәyirsiniz, tәzәdәn
tәkrarlamağa ehtiyac yoxdur, – küçәyә baxan adam
dedi.
– Cәnab... – kimsә ondan nә isә soruşmaq istәdi,
lakin adam әlini havaya qaldırıb, onun susmasını әmr
elәdi.
– Cәnab, siz rejissorsunuz? – gәrginliyә tab gәtirә
bilmәyәn daha bir nәfәr ürәklәnib soruşdu.
Lakin “rejissor” hesab etdiklәri ona mәhәl qoy-
madan binoklla baxmağa davam etdi. Birdәn hәr kәs

327
   322   323   324   325   326   327   328   329   330   331   332