Page 325 - "Bildirçin və payız"
P. 325
Ùåêàéÿëÿð
uzanıb, başını, üzüqoylu yerә düşmüş meyitә söykәdi.
Kişi qadının qarşısında dizi üstә çökdü vә onu
әllәşdirmәyә girişdi. Oğru isә rәqs elәmәyindә idi. Bu
sәhnә hәlә bir müddәt dә davam elәdi. Uşaqlar xor
oxuya-oxuya dövrә vururdular. Yağışın isә, deyәsәn,
kәsmәk fikri yox idi.
– Biabırçılıqdır!
– Əgәr kino çәkirlәrsә, buna abırsızlıq deyirlәr, yox
elә deyilsә, onda bunun ancaq bir adı var: dәlilik!
– Polis dә özü üçün siqaret tüstülәdir.
Bir azdan küçәdә hәrәkәt artdı. Cәnub tәrәfdәn
dәvә karvanı yaxınlaşırdı. Adәt üzrә qarşıda sarvan
gedirdi. Karvanı kişi vә qadınlardan ibarәt bәdәvi
dәstәsi müşayiәt edirdi. Onlar rәqs elәyәn oğrunun
başına yığışan kütlәnin yaxınlığında dayanıb,
dәvәlәrini hasara bağladılar vә çadırlarını qurub bir
az dinclәrini almaq istәdilәr; kimisi yemәk yemәyә,
kimisi çay içmәyә vә qәlyan çәkmәyә girişdi. Üçüncü
bir qisim isә, asta-asta söhbәt elәyirdi. Şimal tәrәfdәn
dә içәrisi әcnәbi turistlәrlә dolu avtobuslar yaxınlaşıb,
oğrunu dövrәyә alan kütlәnin arxa tәrәfindә dayandı.
Kişili-qadınlı hәr kәs avtobusdan düşüb qruplara
bölündü. Onlar oğrunun rәqsinә, sevişmә sәhnәsinә,
ölümlә nәticәlәnәn qәzaya vә yağan güclü yağışa
mәhәl qoymadan hündür binaya acgözlüklә tamaşa
etmәyә başladılar.
Çoxlu sayda fәhlә, ardınca da, içәrisi daş, sement
vә tikinti alәtlәri ilә dolu olan yük maşınları gәldi.
Onlar asfaltın ortasında ildırım sürәtilә böyük bir çala
qazıb, onun içinә düzbucaqlı formasında daşlar
325