Page 329 - "Bildirçin və payız"
P. 329
Ùåêàéÿëÿð

– Ya da dәlixanadan qaçan dәlilәrdәn biri.
– Bәlkә, bu, kinonun bir parçasıydı?
– Yox, bu, kino deyildi.
– Bayaqdan burda baş verәnlәri ancaq “kino”
adlandırmaq olar.
– Özümüzdәn şeylәr uydurmayaq!
– Bәs bunları necә izah elәyәk?
– Hәyatdır da, nә bilmәk olar, hәr şey olur. Amma
digәr tәrәfdәn...
– Burdan mütlәq uzaqlaşmalıyıq, yoxsa vaxtı
gәlәndә bizi dә şahid qismindә istintaqa cәlb elәyә
bilәrlәr.
– Hәlә hәr şeyi öz-özlüyümüzdә anlaya bilmәk
imkanımız var, – deyәn birisi polisә qışqırdı:
– Çavuş!
Polis çavuşu yalnız dördüncü dәfәdәn sonra onlara
sarı çöndü. Əsәbi halda yağışa tamaşa edib, plaşına
büründü vә cәld çardağa tәrәf getdi.
– Sizә nә lazımdır? – hәr kәsi qaşqabaqla süzüb
soruşdu.
– Mәgәr küçәdә sәhәrdәn nә baş verdiyini gör-
mürsünüz?
– Kim ki avtobus gözlәyirdi, bayaqdan çıxıb gedib.
Bәs siz burda nәyi gözlәyirsiniz?
– Siz bir bu insan başına baxın!
– Sәnәdlәrinizi göstәrin! – Pis-pis gülәrәk onların
sәnәdlәrini yoxlamağa başladı. – Burda yığılmaqda
mәqsәdiniz nәdir? – bir az sonra soruşdu.
Çardaq altında duranlar tәәccüblә bir-birinә
baxdılar.
– Biz heç bir-birimizi tanımırıq, – onlardan biri
dillәndi.

329
   324   325   326   327   328   329   330   331   332   333   334