Page 333 - "Bildirçin və payız"
P. 333
Ùåêàéÿëÿð

– Pambıq yağlı paxla ver, әmi!
Satıcı çömçәni qazana salaraq dedi:
– Piştaxtanın üstünә bir piastr qoy!
Əlimi cibimә saldım, lakin pul yox idi. Hәyәcanla
ciblәrimi eşәlәmәyә başladım. Nә qәdәr axtardımsa
da, nәticәsi olmadı. Piastr itmişdi. Mәni bu vәziyyәtdә
görәn satıcı başını narazı halda bulayaraq:
– Hә, balaca! Deyәsәn, pulu salıb itirmisәn?! –
soruşdu.
Ayağımın altına, sonra döşәmәnin hәr tәrәfinә göz
gәzdirәrәk:
– Heç nә itirib elәmәmişәm. Bütün günü cibimdә
olub, – dedim.
– Piştaxtadan qırağa dur vә Allaha dua elә ki,
pulun tapılsın!
Bu gün artıq üçüncü dәfә idi ki, mәni evә әliboş
qayıdan görәn anam üstümә bәrkdәn qışqırdı:
– Nә fәrsiz uşaq imişsәn!
– Axı pul...
– Nә pul?
– Pul cibimdә yox idi.
– Necә yәni yox idi? Bura bax, bәlkә konfet
almısan, boynuna götürmәk istәmirsәn?
– Yox, vallah!
– Yaxşı, onda bu pul hara yoxa çıxdı?
– Nә bilim.
– Qurana and iç ki, o pulu heç bir yerә xәrclәmә-
misәn.
– Qurana and olsun!
– Bәlkә, şalvarının cibi cırıqdır?

333
   328   329   330   331   332   333   334   335   336   337   338