Page 337 - "Bildirçin və payız"
P. 337
Ùåêàéÿëÿð

özüm çıxış edirdim. Nizәni әlimdә yellәyib әjdahaya
zәrbәlәr endirir vә car çәkirdim:

– Əjdaha, al, bu da sәnin ürәyinә zәrbә!
Birdәn incә bir sәs eşitdim:
– Sonra da gözәl şәhzadәni tәrkinә alıb apardı.
– Başımı sağa çevirәndә bayaq mәnimlә rәngbә-
rәng şәkillәrә baxıb gülәn qızı gördüm. Əynindә çirkli
yupka, ayaqlarında bәr-bәzәkli çәkәlәk vardı. Bir әli
ilә uzun hörüklәrini oynadır, o birisi ilә dә ağ, qırmızı
“Bәrağis әs-Si ”1 noğullarından bir-bir ağzına atırdı.
Bir neçә saniyә bir-birimizә baxdıq, o, çox xoşuma
gәlmişdi. Gәl bir az oturaq dincimizi alaq, – dedim.
Sakitcә başını tәrpәtdi. Əlindәn tutdum. Yarı dağıl-
mış binanın köhnә qapısından içәri keçib, çoxdan bәri
insan ayağı dәymәyәn pillәkәnlәrin kәnarında otur-
duq. Pillәkәnlәr göz görәn yerә qәdәr uzanır, pillәkәn
meydançasından yuxarıda isә mavi sәma vә hündür
minarәlәr görünürdü. Yan-yana, dinmәz-söylәmәz
oturmuşduq, bilmirdik nәdәn danışaq. İndiyә kimi
mәlum olmayan, qәribә hisslәr mәni çulğamağa
başlamışdı. Bir az da ona yaxınlaşıb saçlarını qoxula-
dım. Saçlarının әtri paltarının torpaq iyinә vә nәfәsin-
dәn gәlәn şirniyyat qoxusuna qarışıb adamı lap mәst
edirdi. Dayana bilmәyib dodaqlarından öpdüm –
mәnim dә ağzım şirin oldu. Sonra onu qucaqladım.
Dinib-danışmırdı. Bayaqkı kimi sakit dayanmışdı.
Yenә dodaqlarından, ardınca da yanağından öpdüm.
Nәhayәt, dodaqları tәrpәndi, bayaqdan ağzının
qıraqlarında qalmış noğul qırıqlarını yalayıb ayağa

1altı birə (tərc.)

337
   332   333   334   335   336   337   338   339   340   341   342