Page 323 - "Bildirçin və payız"
P. 323
Ùåêàéÿëÿð
– Day yağışın altında niyә mübahisә elәyirlәr?
Meydan tәrәfdәn iki maşın göründü, onlar ildırım
sürәtilә gәlirdilәr. İkinci maşın qabaqda gedәni az qala
haqlamışdı ki, birinci maşının sürücüsü körpünün
üstündә birdәn tormozu basdı vә maşın asfalt üzәrin-
dә qara iz buraxdı. Arxa maşın bunu gözlәmәdiyin-
dәn, sürәtini azaltmağa müvәffәq olmadı vә arxadan
qabaqkı maşına dәydi. Qulaqbatırıcı sәs, iki maşının
da aşması, dәhşәtli partlayış, ardınca yanğın vә leysan
sәsinә qarışmış inilti, ah-nalәni öz gözlәriylә görәn bu
insanların heç tükü dә tәrpәnmәdi, heç kim qәza
yerinә yaxınlaşmaq istәmәdi. Oğru danışmağındaydı,
ona qulaq asanların biri belә çönüb, yanaraq kül olan
maşınlara tәrәf ötәri dә olsa baxmadı.
Çardaq altında duranlar yanan maşınların birindәn
qan içindә bir nәfәrin yavaş-yavaş sürünәrәk çölә
çıxmaq istәdiyini gördülәr. O, iki әli vә iki ayağı
üstündә durmağa cәhd etdisә dә, üzüüstә yerә yıxıldı.
– Dәhşәtdir vallah!
– Polis isә heç nә olmamış kimi yerindә durub
baxır.
– Yaxınlıqda, yәqin, bir telefon-zad olar.
Amma yenә dә kimsә yerindәn tәrpәnmәdi, islan-
maqdan qorxurdular. Şıdırğı yağan yağışınsa,
deyәsәn, dayanmaq fikri yoxuydu, ildırımın sәsindәn
az qalırdı adamın ürәyi düşsün. Oğru çıxışını başa
vurdu vә “tamaşaçılarından” dәstәk almaq ümidi ilә
sakitcә onlara baxdı. Gözlәnilmәdәn o, paltarını
çıxarıb yanan maşınlara tәrәf atdı, sonra adamlara sarı
çevrilib onların qarşısında bir neçә dәfә dövrә vurdu,
323