Page 319 - "Bildirçin və payız"
P. 319
Ùåêàéÿëÿð

– Allah sәnin günahından keçsin!
– Cәnab zabit, yadınızdadır, eşşәyim bir dәfә polis
bölmәsinin yanında batırdı. Siz dә çölә çıxıb bәrk
әsәbilәşdiniz.
– Onda mәn heç nә elәmәdim.
– Düzdür, eşşәyә heç nә elәmәdiniz, amma
әvәzindә mәnә bir şillә ilişdirdiniz.
– Zarafat elәyirdim dә.
– İndi zarafat elәmәk növbәsi mәndәdir.
– Özünü öldürmәk nәyә lazım?
– Siz, doğrudan, mәnim qeydimә qalırsız?
– Tәkcә sәnin yox, elә başqalarının da. Elәcә dә
onların evlәrinin, dükanlarının tәhlükәsizliyinin
qeydinә qalıram.
– Başqaları hamısı binanı tәrk elәyib. Dükanların
taleyinin necә olacağı isә, vecimә dә deyil.
– Allahdan qorx!
– Siz ki ondan qorxmursuz!
– Başqasının faciәsinә bais olmaq istәyirsәn?
– Siz ola bilirsiniz, mәn yox?
– Allah günahından keçsin!
– Əlimdә kibrit var. Ona görә dә qapıdan aralı
durun!
Butulkanın dibindә qalanını da içdi vә tәzә
mahnıya keçdi: “Aşiq olub, necә ağladım”. Birinci
bәndi oxuyub qurtaranda yenә zabitin sәsi gәldi:
– Əla, dayıcan! Deyәsәn, yavaş-yavaş ağıllanırsan.
– Altıncı butulkanın da axırına çıxdım.
– Özünü mәhv elәyәssәn.
– Axırıncı sözә qulaq asın vә tәkrarlayın!

319
   314   315   316   317   318   319   320   321   322   323   324