Page 317 - "Bildirçin və payız"
P. 317
Ùåêàéÿëÿð

– Oğurlanası bir şeyim yoxdur axı!
– Bәs çaxır çәllәyi?
– Nә içmisәnsә, hamısını sәnә halal elәyirәm.
– Qutuda bir qәpik pul da yoxdur.
– Axı o, pul qutusu deyil!
– Bәs onda ağzını niyә kilidlәyirsәn?
– Neylәyim, pis vәrdişdir. Sәn canın, sakit ol!
Özünü yandırma!..
– Mәnә görә narahat olursan?
– Əlbә ә, sәnә görә. Çәllәklәr cәhәnnәm olsun!
Arada canın gedәcәk.
– Sәn yalançısan, Manoli! Yanındakı polislәrә
denәn...
Bu söhbәt hәlә bir az da uzandı. Polis isә bundan
istifadә edib, binanın sakinlәrini tәxliyә etdi, odun,
boya, xırdavat mallar satılan qonşu mağaza sahiblәri
ilә әlaqә saxlanıldı, yaxın әtrafda yaşayan, tәsadüfәn
yoldan keçәn hәr kәsә xәbәrdarlıq olundu. Çox
keçmәdi ki, yanğınsöndürәn maşınlar da gәlib çıxdı.
Əhmәd isә qışqırmağında, deyib-gülmәyindә idi:
– Manoli, kibrit әlimdәdir ha-a!
– Sәn günahkar deyilsәn. Nә olar, bir az sakitlәş! –
dükan sahibi yazıq-yazıq dillәndi.
– Obyektinә düz beş butulka ziyan vurmuşam.
– İstәyirsәn altıncını da iç, amma nә olar, özünü
yandırma!
Bu fikir Əhmәdin xoşuna gәldi, rәfә sarı gedib bir
butulka da götürdü. Ağzını açıb içindәki çaxırı yavaş-
yavaş qarnına boşaltmağa başladı. Kefli olsa da, artıq
özü dә hiss elәmişdi ki, şәnlik sona yaxınlaşır. Birdәn
çöldә hay-küy dayandı, qulağına sakit, lakin eyni za-
manda kobud bir sәs gәldi.

317
   312   313   314   315   316   317   318   319   320   321   322