Page 315 - "Bildirçin və payız"
P. 315
Ùåêàéÿëÿð

– Bәs sәn kimsәn? – suala sualla cavab verdi.
– Mәn, – gözәtçi.
– Nә lazımdır?
– Sәnә nә? De görüm, kimsәn?
– Müştәri, – qәşş elәyib güldü.
– Hamı indi on beşinci yuxudadır, sәn necә olub ki,
içәridә ilişib qalmısan?
– Sәnә nә borcu?
– Bәri bax, әyyaşın biri әyyaş! Hәyasızlığına görә
cavab vermәli olacaqsan.
– Cibimdә qara qәpiyim dә yoxdur. Cavabı nә ilә
verәcәyәm, sözlә?!
– Deyәsәn, sәsini tanıyıram. Sәrxoş da olsan, sәsin
tanışdır.
– Əhmәd İnәbәni kim tanımır ki?!
– Hә-ә... İkitәkәrli araba sürәn?
– Özüdür ki var. Cәnab çavuş, mәnә görә bir qul-
luq?!
Gözәtçi fit verәrәk bütün mәhәllәni oyatdı. Əhmәd
әlini divarda gәzdirib, elektrik açarını tapdı vә işığı
yandırdı. Bayaqdan qaranlığa öyrәşdiyindәn, işığın
tәsirindәn gözlәri qamaşdı, üz-gözünü turşutdu.
Nәhayәt, şişkin vә qızarmış gözlәrini tam açıb,
dükanın hәr tәrәfinә nәzәr saldı. Nәzәrlәri küncdәki
pilәtә vә qaz balonunda ilişib qaldı. Beynindә fikirlәr
bir-birini elә sürәtlә әvәzlәyirdi ki, onların hamısını
saf-çürük elәmәyә imkan tapmırdı. Gözәtçi artıq
Əhmәdin yadından yavaş-yavaş çıxırdı ki, birdәn
bayırı qışqırıq, hay-küy sәslәri bürüdü. Bu sәslәr
arasında Manolininkini asanlıqla seçmәk olurdu.

315
   310   311   312   313   314   315   316   317   318   319   320