Page 311 - "Bildirçin və payız"
P. 311
Ùåêàéÿëÿð

Bu vaxt dükanda daha bir nәfәr dә varıydı. O, yekә,
boş çәllәyin arxasında gizlәnib, birinci iki nәfәrin çıxıb
getmәsini sәbirsizliklә gözlәyirdi. Çәkmәlәrin
tappıltısı kәsildikdә dәrindәn rahat nәfәs alıb bayıra
çıxdı. Bir neçә dәqiqә gözlәrini bәrәldib zil qaranlıqda
nә isә seçmәyә çalışdı. Elә bil ki, onu namәlum bir yerә
salıb gözlәrini dә bәrk-bәrk bağlamışdılar, heç nә görә
bilmirdi. Birdәn әli ikinci çәllәyә toxundu. Demәli, bar
sol tәrәfdә yerlәşmәli, onun kәnarına qoyulmuş qutu-
nun içindә isә pul olmalıydı. Qaranlıqda baş-gözünü
zәdәlәmәsin deyә, әllәrini qabağa uzadıb asta-asta
addımladı. Axır ki, piştaxtaya gәlib çatdı. Əllәrini
piştaxtanın üstündә sürüşdürә-sürüşdürә bir az da
irәlilәdi. Ayağı hündür kәtilә dәyәndә dayandı. Bur-
nuna şoraba, sardina balığı vә pendirin qarışıq qoxusu
gәldi. Çaşıb qaldı, elә bildi ki, istiqamәti sәhv salıb...
Ancaq yan-yörәsinә әl gәzdirәn kimi, әlinә xırda qutu
dәydi. Bu, axtardığı “dәfinә” idi. Manoli pullarını
bunun içindә gizlәdirdi. O, bu pulları çaxır satmaqla
qazanmışdı, hansı ki, buna görә, biz hamımız
cәhәnnәm odunda yanacağıq... Cibindәn әyәyә oxşar
uzunsov alәt çıxarıb qutunun üstündәki balaca qıfılı
sındırmağa başladı. Qutunu tәzәcә açmışdı ki, qapının
arxasından sәs gәldi – kimsә bәrk asqırırdı. Əli havada
donub qaldı, az qaldı ki, namәlum gecә qonağını
söyüb batırsın, özünü güclә әlә ala bildi. “Avara
gәdәlәr! Sülәnmәyә yer tapıblar. Bayırda düz-әmәlli
işıq da yanmır. Sizin bu dar-dübbәk küçәdә gecәnin
bir alәmi nә itiniz azıb?!” – deyә öz-özünә deyindi...

Oğru cәld әlini qutuya salıb, onun içini eşәlәmәyә
başladı. Qutunun künc-bucağına nә qәdәr әl gәzdir-

311
   306   307   308   309   310   311   312   313   314   315   316