Page 309 - "Bildirçin və payız"
P. 309
Ùåêàéÿëÿð

Lütfiyәnin bütün qohumları, iş yoldaşları vә mәrhumә
ilә cüzi bağlılığı olan hәr bir kәsin ev ünvanı
müstәntiqә bәlli olduğundan bütün mәnzillәrdә
axtarışlar hәyata keçirilmiş vә makina aşkar edilmişdi.
Bununla, konyak vә şokoladın sahibi dә müәyyәn
edilmişdi.

– İstәnilәn halda, mәn günahsızam vә mәktubda
yazılanların hamısı da hәqiqәtdir.

Zabit soyuq tәrzdә cavab verdi:
– Sizin qәtlә yetirilmiş xanımla olan münasibәtlә-
rinizdәn lap әvvәldәn xәbәrimiz vardı.
Amirin ağlına o saat Süleyman әmi gәldi.
Müstәntiqә bunları mәhz o danışa bilәrdi.
– Mәktubda hәr şeyi olduğu kimi etiraf etmişәm.
Yenә dә tәkrar edirәm. Mәn günahsızam.
Zabit gülümsәyәrәk:
– Zarafatlarınız xoşuma gәlir, – dedi.
Amir onun nәyi nәzәrdә tutduğuna elә dә var-
madan:
– Siz әsl canini әldәn buraxacaqsınız, – deyә
bildirdi.
– Şübhәlәndiyimiz adamların hamısının güclü ali-
bisi1 olduğu üzә çıxdı.
– Yaxşı, bәs onda qatil kimdir?
Zabit soyuqqanlılıqla cavab verdi:
– Belә çıxır ki, siz.

1cinayət zamanı başqa yerdə olmaq (tərc.)

309
   304   305   306   307   308   309   310   311   312   313   314