Page 305 - "Bildirçin və payız"
P. 305
Ùåêàéÿëÿð

Gәncin üzündә çaşqınlıq yarandı. Hәyәcandan
kәkәlәmәyә başladı:

– Nә? Öldürülüb?
– Mәgәr qәzet oxumursunuz?
– Xeyr, oxumuram.
– İstәnilәn halda siz müstәntiqlә görüşmәli
olacaqsınız.
– Mәn? Nәyә görә?
– O, mәrhumә ilә tanış olan hәr kәsin ifadәsini alır.
Gәnc uzun müddәtdәn sonra gözlәnilmәz xәbәrin
doğurduğu sarsıntıdan ayıla bildi vә dedi:
– Mәn onunla görüşmәyә hazıram.

***
Bu da hәmin qatil. Amirin sakit hәyatını kabusa
çevirәn o adam. Ayağında da ağ ayaqqabı onun
qarşısında dayanıb. Görәsәn, o, indi nә oyun oynamaq
niyyәtindәdir?
Süleyman әmi müstәntiq rolunu ifa etmәyә başladı.
Onun sayәsindә qısa müddәtdәn sonra hәmin şәxs
barәdә hamı hәr şeyi bildi. Mәlum oldu ki, Mahmud
әl-Ğır adlı bu adam taksi sürücüsü işlәyir. Hәmçinin
o da mәlum oldu ki, hәlә ailә qurmamışdan öncә
Lütfiyә ilә sürücü arasında әldә olunan razılığa әsasәn,
o, mәrhumәni maşınla aparıb gәtirmәli idi. Lakin so-
nuncunun işi ilә әlaqәdar olaraq lazımsız şübhәlәr
yaranmasın deyә bu razılıq gizli saxlanmalıydı. Bәzәn
Lütfiyә tanış-bilişlәrlә üz-üzә gәlmәmәk üçün elә
birbaş qaraja gedirdi. Ev ünvanını sürücüyә demәmiş-
di. Lakin zәrurәt yarandıqda әlaqә saxlaması üçün ona

305
   300   301   302   303   304   305   306   307   308   309   310