Page 313 - "Bildirçin və payız"
P. 313
Ùåêàéÿëÿð
bax, bu Manolidәdir. Allah sәnә lәnәt elәsin!” – yenә
öz-özünә deyindi.
Axtarıb ikinci çaxır butulkasını da tapdı. Susuz-
luğunu yatırmaq üçün bir butulka da içmәlidir. Digәr
yandan, bununla vaxtı da uzatmış olar, gözәtçi axırıncı
yoxlamanı başa vurmadan bayıra çıxmaq tәhlükәlidir...
Çöldә adamın qabağını keçilmәz sәdd kimi kәsәn
qaranlıq bir yandan, içdiyi çaxır da digәr yandan onu
artıq sıxmağa başlayıb... Bu da cәhәnnәm suyunun
üçüncü butulkası. Piştaxtaya oturmaq olar, onsuz da
içәrini heç kim görә bilmir... Manoli dә pulları götürüb
getdi... Əşi, cәhәnnәmә getsin... Adamın bağrını yaran
bu qaranlıq, cәhәnnәmdәn dә pisdir...
Öskürdü, yavaş-yavaş ehtiyatı әldәn vermәyә
başlamışdı. Boş mәkanda öskürәk sәsi әks-sәda verdi.
Onunsa artıq vecinә dә deyildi. Bir dәnә zәhlәm gedәn
şey var ki, o da bu qaranlıqdır... Çünki günün altında
işlәyirәm, yay vaxtı çöldә, ulduzların altında, soyuq
qış gecәlәrindә isә balaca pәncәrәsindәn küçә
fәnәrlәrinin işığı düşәn yarımpodvalda yatıram...
Əslindә, başqa heç nәdәn dә qorxmuram... O qәdәr
davam olub ki, saymaqla qurtarmaz. Vaxt olub ki,
dәyәnәk davasının düz ortasına girmişәm. Hәr dәfә
dә ancaq yeganә cәlәbiyyәmin cırılmağından ehtiyat
elәmişәm... Eşşәyim mәni lüt vәziyyәtdә aparıb-
gәtirsә dә, kimsә ona qaşın üstә gözün var demәz.
Amma mәnә cәlәbiyyә mütlәq lazımdır... bir dә,
әlbә ә ki, çaxır...
Dördüncü butulkanı başına qaldırdı, qurtultu sәsi
gecәnin sәssizliyini pozdu... Qoca әz-Zәvı hәr dәfә
313