Page 321 - "Bildirçin və payız"
P. 321
Ùåêàéÿëÿð

Çardaq altında

Göy üzünü bürüyәn qara buludlar getdikcә
sıxlaşır, yavaş-yavaş yağış çisәlәyir, hәr tәrәf zülmәtә
qәrq olurdu. Bu an çöldә olanlar birdәn qopan şiddәtli
soyuq külәk sәbәbi ilә addımlarını yeyinlәtdilәr.
Bәzilәri evlәrinә mәsafә çox qaldığından avtobus
dayanacağının çardağı altında gizlәndilәr. Çöldә hәr
şey bozumtul rәngә çalırdı. Qәflәtәn heç kimin
gözlәmәdiyi bir anda yan küçәdәn bir nәfәr çıxıb,
özünü dar dalanlardan birinә saldı. Eyni küçәdәn
onun arxasınca, әsasәn, orta yaşlı kişi vә balaca
uşaqlardan ibarәt bir yığın adam qaçaraq “Oğru!
Tutun oğrunu!” – deyә hamısı bir ağızdan qışqırışdı.
Sәslәr getdikcә uzaqlaşdı. Bir azdan tam sakitlik
çökdü. Sanki on dәqiqә bundan öncә sәs-küy qopan
küçә deyildi. Adamlar isә, bayaqkıtәk çardağın altında
durmuşdular – kimisi avtobusun gәlmәsini, kimisi
yağışın kәsmәsini gözlәyirdi.

Aradan bir neçә dәqiqә keçmişdi ki, yenidәn sәs-
küy qopdu. Bayaq üzü dalana qaçanlar indi geri
qayıdırdılar. Oğrunu tәqib edәn kişilәr hәrәsi bir
tәrәfdәn onu qarmalayıb gәtirirdi. Bu mәnzәrәyә
baxıb sevincindәn atılıb-düşәn uşaqların qışqırıq sәsi
isә adamın az qalırdı beyninә işlәsin. Körpünün düz
ortasında onların әlindәn sivişib çıxmağa cәhd edәn
oğrunun baş-gözünә hәr tәrәfdәn şillә, yumruq, tәpik
gәldi. O, zәrbәlәrdәn özünü nә qәdәr qorumağa
çalışdısa da, buna demәk olar, müyәssәr olmadı.

321
   316   317   318   319   320   321   322   323   324   325   326