Page 279 - "Bildirçin və payız"
P. 279
Ùåêàéÿëÿð
indi nә demәkdir? Bir dә ki, o, gizlәndiyi yerdәn nә
vaxt çıxa bilәcәk? Gәrginlik, sıxıntı vә mәyusluq hissi
durmadan artırdı. Amirә bir anlıq elә gәldi ki, tәlәyә
düşüb vә iki möhkәm әl boğazından yapışaraq onu
boğmağa çalışır. Tanımadığı adamın geydiyi qәhvәyi
altlıqlı ağ ayaqqabını isә, indi öz ayağında tәsәvvür
elәyirdi. Başa düşdü ki, onu qara basır. Bir az da
çarpayının altında qalsa, dәli olacağından qorxub
düşdüyü çıxılmaz vәziyyәtdәn qurtulmaq üçün
konkret addım atmaq lazım olduğunu anladı. İçindәn
gәlәn qorxuqarışıq ümid hissi ona yeganә çıxış yolu-
nun xәyalın gücünә arxalanmaq olduğunu aşılayırdı.
Yalnız o özü kabusu şirin yuxuya çevirmәk iqtidarında
idi. Çarpayının altında bu ölü vә adamı vahimәyә
salan sükut içindә ömrünün sonuna kimi qalmaq
niyyәtindә deyildi. Qolunu irәli uzadıb saatına baxdı.
Sonra tısbağa başını qınından çıxartdığı kimi tәmiz
havanı ciyәrlәrinә çәkmәk üçün çarpayının altından
ehtiyatla boylandı. Qulaqlarını şәklәdi. Sakitlik idi.
Sanki ölüm bütün hәrәkәtlәri vә sәslәri donduraraq
qaranlıqda pusquda dayanıb onu güdürdü. Narahatlıq
hissi onu tamamilә әldәn salmışdı. Lakin Amir artıq
bu mәhbәsi tәrk etmәyә hazır idi. Riskli olsa da, xilas
olmaq üçün bütün qüvvәsini toplayıb çarpayının
altından ildırım sürәti ilә çıxıb qaçdı...
***
Bütün gecәni gözlәrini bir dәqiqә belә yuma
bilmәdi. Sübh tezdәn qapının astadan döyüldüyünü
eşitdi. Qapının arxasından xırıltılı sәs gәldi:
279