Page 283 - "Bildirçin və payız"
P. 283
Ùåêàéÿëÿð
heç kimi maraqlandırmırdı. Yalnız Amir indi dәrin
fikrә dalmışdı. Artıq ikinci dәfә hiss etdiyi vә ona indi
çox tanış olan qorxu hissi bütün bәdәnini çulğalamış-
dı. Lütfiyәnin cansız cәsәdi yüzüncü dәfә idi ki, gәlib
gözünün qabağında dururdu. Hәr dәfә dә qorxaraq
qaçmasını xatırlayır, ürәyindә özünü danlayırdı. O,
uzun müddәt belә dalğın halda oturdu. Zaman
anlayışı onun üçün itmişdi. Ağ ayaqqabı barәdә
danışılanları eşitcәk cәld yerindәn atıldı. Sanki kimsә
onu bәrk yatarkәn silkәlәyib ayıltmışdı.
– Belә ağ ayaqqabıya nadir hallarda rast gәlmәk
olar, – işçilәrdәn biri deyirdi.
– Amma mәnim xoşuma gәldi, – digәri öz fikrini
bildirdi.
– Yaxşı olmağına yaxşıdır da, amma tez çirklәnir.
Belә ayaqqabını tәmizlәmәk üçün hәr dәfә nә qәdәr
vaxt tәlәb olunur.
Amirin canına yenә titrәtmә düşdü.
– Siz nә barәdә danışırsınız? Bu ayaqqabı mәsәlәsi
hardan çıxdı belә? – deyә söhbәtә qoşuldu.
Bayaq ilk söhbәti salan işçi cavab verdi:
– Qәhvәyi altlığı olan klassik ağ ayaqqabını deyirik.
Bir az bundan әvvәl gәlib Lütfiyәni soruşan gәnc
oğlanın ayağında hәmin ayaqqabını gördün?
– Yox. – Özünü әlә ala bilmәyәn Amirin әsәblәrinin
pozulduğu kәnardan hiss olunurdu. Hәr tәrәfdәn ona
zillәnmiş baxışları görcәk tez özünü düzәltdi: – Üzr
istәyirәm. Deyәsәn, bir az nasazlamışam.
Bunu deyib elә qәhqәhә çәkdi ki, bir müddәt özünә
gәlә bilmәdi. Hәmin iki işçi yenә dә ağ ayaqqabılı gәnc
283