Page 281 - "Bildirçin və payız"
P. 281
Ùåêàéÿëÿð

duqda, son olaraq dәftәrxana müdiri gәlib çıxdı.
Yalnız bir masa boş qalmışdı. Lütfiyәyә mәxsus olan
vә otağın o biri küncündә düz onun bәrabәrindә
yerlәşәn masaya arabir gözucu, oğrun-oğrun nәzәr ye-
tirirdi. Hәr şey öz yoluna düşәndәn vә bütün bu kabus
sona çatandan sonra yas tutub göz yaşı tökәrәk ürәyini
boşalda bilәrdi. Amma indi kәdәrlәnib ah-nalә etmәk
vaxtı deyil. İndi yalnız yaxşı-yaxşı düşünmәk lazımdır.

– Lütfiyә xanım işә gәlmәyib, – müdirin sәsi eşi-
dildi. – Bu gün nәyә görә işdә olmadığından kiminsә
xәbәri var? – Sualına cavab almayan müdir yenә gü-
lümsәyәrәk dillәndi: – Xanım işçilәrimizdә onsuz da
heç vaxt sәbәb әskik olmur.

Digәr işçilәr dә müdirin xoşuna gәlsin deyә onun
bu ironiyasına yaltaq-yaltaq gülmәyә başladılar. Tәkcә
Amir bu söhbәtә reaksiya vermәdi. Onu indi yalnız bir
şey narahat edirdi: görәsәn, kimsә onun boş stola tәrәf
gizlin-gizlin baxdığını görmüşdümü? Buna şahid olan
kәs sonradan onun bütün hәyatını alt-üst edәcәk
fikirlәr dә söylәyә bilәrdi. Bundan başqa, kimsә
onların ikisini bir yerdә әl-Hәrәm küçәsinin
dalanlarından birindә görә bilәrdi. Buna stolun
üstündә yaddan çıxmış konyak butulkası vә şokolad
qutusunu da әlavә etsәk, vәziyyәt heç dә ürәkaçan
olmaz. Bu әşyalar çox sirrin üstünü açmağa qadirdir.
Bәzәn onlar lәnәtә gәlmiş müstәntiqlәrә çox şeyi izah
edir. Ən pisi dә odur ki, olmayan şeylәrin dә uyduru-
lub ortaya atılmasına gәtirib çıxarır. Allah bilir, bәlkә
dә o, hәmin mәnzildә hәlә başqa şeylәr dә yaddan
çıxarıb. Mәsәlәn, saysız-hesabsız barmaq izlәrini gö-

281
   276   277   278   279   280   281   282   283   284   285   286