Page 275 - "Bildirçin və payız"
P. 275
Ùåêàéÿëÿð
bilmәsi üçün artıq Allahın ona bәxş etdiyi istedaddan
da imtina etmәyә mәcbur idi. Bir sözlә, mәrhum
atasının qoyub getdiyi ailәnin qayğısını o çәkmәliydi.
Lakin hәmin vaxt o hәlә tam mәnası ilә dәrk edә
bilmirdi ki, ilk baxışda şәrәfli olan bu vәzifә onun
bütün arzuları ilә vidalaşmasına gәtirib çıxaracaq.
Kәdәr, üzgünlük, mәyusluq vә yorğunluq dolu
günlәr bir-birini әvәz etmәyә başladı. İlk günlәr çox
sıxıntı keçirmәsinә baxmayaraq, qәzәbini boğub
taleyin bu gәrdişinә üsyan etmәdi. Hәyatını bundan
sonra yalnız vә yalnız anasına vә qardaşlarına hәsr
etmәklә, az da olsa, özünә tәskinlik verә bilәcәkdi.
Arzuları dәyişmişdi. İndi bütün arzuları onun özünün
deyil, qardaşlarının xoşbәxt gәlәcәyi ilә bağlı idi.
Atasının yerini tutmaqla vaxtından xeyli qabaq
kişilәşmişdi. Başqaları üçün yaşanan ömrü qazandığı
yeni xoşbәxtliyi idi.
Gördüyü vә görәcәyi işlәrin, ürәyindә olan arzu-
ların çoxluğuna baxmayaraq, daim içindә ağrıverici bir
boşluq hiss edirdi. Yalnız ailәsinin xoşbәxtliyini
düşündüyündәn evlilik barәdә bütün fikirlәri kәnara
atmışdı. Sәbir etmәyi çoxdan öyrәnmişdi. Lakin
zamanı gәldiyindә mәlum oldu ki, qardaşları ondan
daha az sәbirlidirlәr. Onlardan biri polis akademiya-
sının zabit mәzunu olan kimi evlәndi vә ailәnin bütün
yükünü böyük qardaşın çiyinlәrindә qoyub getdi. Çox
keçmәdi ki, qardaşlardan ikincisi dә mühәndis ixtisası
üzrә tәhsilini başa vurub, ailә hәyatı qurdu. Əbdür-
rәhman isә hәlә dә subaylığın daşını ata bilmәmişdi.
Nәhayәt, hәyatına rәng qata bilәcәk bir qızdan xoşu
275