Page 271 - "Bildirçin və payız"
P. 271
Ùåêàéÿëÿð
Qardaşına qulaq assa da, fikri başqa yerdә idi.
Sevgi vә nәvaziş dolu böyük ürәyә sahib olan
Əbdürrәhman qardaşını çox sevirdi. Necә ki, әvvәllәr
digәr qardaşlarına yardım etmişdi, elәcә dә indi
Ənvәrә hәr cür kömәklik göstәrir, onun qayğısına
qalırdı. Lakin hәrdәn ürәyini narahatlıq bürüyürdü.
Sәbәb qәlbinin bir küncündә Ənvәrә nifrәt etmәsi idi.
Bu hal, xüsusilә dә qardaşının Samaranın adını dilinә
alması zamanı baş verirdi. Qızın tәkcә adının
çәkilmәsi ona olmazın әzab verirdi. Lakin Samara ilә
rastlaşan kimi qardaşına olan nifrәti dә yox olub
gedirdi. Qardaşına qarşı keçici olan bu mәnfi hiss ona
olan sevgisinә zәrrә qәdәr dә xәtәr yetirmirdi. Əksinә,
Ənvәrin gәlәcәyinә böyük önәm verәn Əbdürrәhman
bu yolda nә qәdәr әzablar çәkmiş, neçә-neçә çәtinliyә
sinә gәrmişdi. Görәsәn, kiçik qardaşın böyüyün
ürәyindә olanlardan xәbәri vardımı? Əlbә ә, yox.
Ənvәrin heç ağlına da gәlmәzdi ki, qardaşı kimi birisi
bu gözәl qıza aşiq ola bilәr.
Qardaşların hәr ikisi fikrә dalmışdı. Birinin
ürәyindә olanlardan o birisinin xәbәri yox idi. Qeyri-
ixtiyari yaranmış sükutu kiçik qardaş pozdu:
– Bir vacib mәsәlә ilә bağlı mәslәhәtini almaq
istәyirәm.
Əbdürrәhman hisslәrini büruzә vermәdәn, sakitcә
tәklif etdi:
– Əvvәlcә bir paltarını soyun, rahatlan, sonra
söhbәt edәk.
Lakin Ənvәr söhbәtә tez başlamaq üçün yerindә
vurnuxurdu.
271