Page 267 - "Bildirçin və payız"
P. 267
Ùåêàéÿëÿð
Bәli, әsas maneә yaş fәrqinin böyük olması idi. 16 yaşlı
Samaradan fәrli olaraq onun bu gün-sabah 36 yaşı
olacaqdı. 20 illik uzun bir yol onları bir-birindәn
ayırırdı. Mәhz bu mәsafә ona qızın gözündә “әmilik”
statusu qazandırmışdı.
Yaxşı, bәs “әmisi” birdәn onunla ailә qurmalı olsa,
bu, nә dәrәcәdә düzgün addım olacaq?! Əslindә
çoxları yaş fәrqini böyük bir maneә hesab etmir. Hә a
bunu çox vaxt әhәmiyyәtsiz bir şey sayırlar. Lakin
nәzәrә alınmalıdır ki, bәzәn әldә olunan xoşbәxtliyin
qarşılığını ödәmәk lazım gәlir. Görәsәn, beynindә
tutduqları hәyata keçdiyi tәqdirdә, ödәyәcәyi mәblәğ
nә qәdәr olacaqdı, yaxud nәlәri qurban vermәliydi?
Düzünә qalsa, o, hal-hazırda Daxili İşlәr Nazirli-
yindә, sadәcә, kiçik mәmur kimi çalışır. Mәvacibi on
beş futdan artıq deyil. Xülasә, xarici görkәmindә olan
qüsurları örtәcәk nә var-dövlәtә, nә dә elә bir vәzifәyә
sahibdir. Buna baxmayaraq, o, bu qızı sevir. İçini
yeyәn әzabdan – ürәyini aça bilmәmәkdәn necә
qurtulacağını da bilmir. Samara düz on altı ildir ki,
onun gözlәri önündә böyüyür. Bu qızcığaz ağır
tәnhalıq illәrindә taleyin, bәlkә dә, ona bәxş etdiyi
yeganә varlıqdır. Sevgi Əbdürrәhmanın ürәyinә, özü
dә bunun fәrqinә varmadan, sakit bir şәkildә nüfuz
etmiş vә bütün ruhuna hakim kәsilmişdi. Bu hiss Nilin
sahilindә әylәşәrәk әtrafı uzun-uzadı seyr edәn adama
mürgü gәtirәn xәfif yelә bәnzәyirdi.
O, әvvәllәr Samaranın sәadәt dolu vә qayğısız
keçәn uşaqlığından sadәcә zövq alır, bununla da
qәlbinin dәrinliklәrindә kök salmış vә kәnardan
267