Page 269 - "Bildirçin və payız"
P. 269
Ùåêàéÿëÿð
Ola bilsin, bunu sәndәn istәmәyә haqqım da çatmır.
Nәticәnin mәnim üçün elә ürәkaçan olmayacağını
güman etsәm dә, bu söhbәti sәnә açmağa mәcburam”.
Beynindә canlandırdığı dialoqu sona çatdırmağa
macal tapmamış Samaranın mәlahәtli sәsi onu dәrin
fikirdәn ayıltdı:
– Yatmısan?
Ürәyi tez-tez döyünmәyә başladı. Qorxuya bәnzәr
hiss ona hakim kәsildi.
– Yox, – cavab verdi.
– Bağışla! Elә bildim yatmısan.
– Yox. Sadәcә gözüyumulu fikirlәşirdim.
– Nә barәdә fikirlәşirdin?
Çaşqın halda qızın gözlәrinә baxdı. İndi ona nә
cavab versin? Desin ki, sәnin barәndә fikirlәşirdim?
Yox. Bunu әsla etmәk olmaz. Ehtiyatsız hәrәkәtin pis
fәsadları ola bilәr. Ən yaxşısı susmaqdır.
Samaranın qara gözlәrinә tamaşa etdikcә ürәyi fә-
rәhlәnsә dә, hiss elәdi ki, hәyәcandan üzü qızarmağa
başlayır. Bu qızcığazın onu meyxoş etmәsi Əbdürrәh-
manın özünün dә çaşqınlığına sәbәb olmuşdu. Sonra
bir müddәt bir-birinә heç nә demәdәn donuq
vәziyyәtdә qaldılar. Birdәn Samaranın simasında
dәyişikliklәr sezilmәyә başladı. Əbdürrәhman qızın
yanaqlarının qızardığını, dodaqlarının hәyәcandan
titrәdiyini gördü. Samaranın baxışları onun çiyinlәri
üstündәn o yana zillәnmişdi. Qәflәtәn qız yerindәn
götürülәrәk evә sarı qaçmağa başladı. Nә baş verdiyini
anlamayan Əbdürrәhman arxaya çönәndә yaşca
özündәn kiçik qardaşı Ənvәri gördü vә daha da
tәәccüblәndi. Ənvәr gülә-gülә ona yaxınlaşdı. Qәflә-
269