Page 273 - "Bildirçin və payız"
P. 273
Ùåêàéÿëÿð
– Belә başa düşürәm, seçimini artıq çoxdan
etmisәn?
– Samara, – Ənvәr başı ilә qonşularının evinә işarә
edәrәk cavab verdi.
Ortaya yenә xoşagәlmәz sükut çökdü. Qardaşının
heç nә danışmadan sakit dayanması Ənvәri narahat
etmәyә başladı. Sәbri çatmadı, sükutu pozmaq
mәcburiyyәtindә qaldı:
– Nә fikirlәşirsәn? Seçimim xoşuna gәlmәdi?
– Niyә ki, yaxşı seçimdir. Çox yaxşı seçimdir, –
Əbdürrәhman tәlәsik cavab verdi.
Ənvәrә elә bil qanad verdilәr.
– Çox sağ ol! Nә olar, gәl lәngitmәyәk! Günü sabah
durub atasının yanına gedәk! Yәqin ki, o, etiraz etmәz.
– Necә istәyirsәn, amma tәlәsmәyә nә lüzum var?
– Tәlәsmәk lazımdır. Cәmi bir neçә ayım var. Bu
müddәtdә gәrәk hәm evlәnim, hәm dә İngiltәrә
sәfәrinә hazırlıq görüm. – Sonra gülәrәk әlavә etdi: –
Axı mәn dә tanınmış adamlar kimi bal ayımı xaricdә
keçirmәk istәyirәm.
Böyük qardaşı da gülümsәdi. Ənvәr sağollaşıb evә
sarı getdi.
Əbdürrәhman qardaşı gözdәn itәnә qәdәr onun
arxasınca baxdı. Sonra divana әylәşib uzaqlara dalğın
halda tamaşa elәmәyә başladı. Qaş qaraldığından
әtrafa sükut çökmüşdü. Ürәyi sıxıldığından durub
bağın içindә kәdәrli halda gәzişmәyә başladı. O baş-
bu başa iki dәfә gedib-gәlәndәn sonra yenidәn özünü
divana atdı. Sanki bәxtsiz taleyinin ona “bәxş etdiyi”
bu üzgünlüyü oturduğu divanda dәf etmәk istәyirdi.
273