Page 225 - "Bildirçin və payız"
P. 225
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà
ikinci dәfә dә fәrqli bir şey olmadı. Anladım ki, nә
çaxır, nә dә ki, bu “üzdәniraq” qadınlar mәnә
xoşbәxtlik gәtirәsi deyil. Hanı Mәlәyin hüzurunda
mәni yandıran o alov?! Əli Yusif әlini yellәyib dedi:
– Özün müsәlmansan, mәdәn dә elә müsәlman
mәdәsidir.
Başa düşdüm ki, nәsibim qüsursuz hәrәkәt vә qa-
nuni evlilikdir. İstәklәrim dә özüm kimi sadәdir,
onları hәyata keçirmәk asandır. Belәliklә, münasib iş
tapmaq, bir dә evlәnmәk lazımdır. Digәr istәklәrim isә
yuxu kimi ötüb-keçdi. Dostlarım yeni, tanış olmayan
alәmlәrә can atırlar. Vәzifә sahibi olmaq vә
hökmranlıq kimi istәklәr onları tamahsılandırır.
Bәzilәri partiyalara üzv olur, rәhbәr mövqedә olanla-
rın yanında әylәşirlәr. Mәn isә o qәdәr yüksәkliyә can
atmıram. Mәnә lazım olan şeylәr: yaşayışımı tәmin
edәcәk iş, namuslu hәyat yoldaşı vә tәrbiyәli övlad-
lardır.
Siyasi qarışıqlıq vә ölkәni bürüyәn vәtәndaş mü-
haribәsinin әn qızğın çağında atam mәnә dedi:
– Biz dövlәt qulluqçusuyuq. Ona görә dә ölkә baş-
çısına sәdaqәtimizi qoruyub saxlamalıyıq.
Mәn ona әdalәtli, vicdanlı vә әdalәtsiz, vicdansız
rәhbәrlәr barәdә öz qulağımla eşitdiyim söhbәtlәri
danışdım. O isә cavabında:
– Onlar hamısı hakimiyyәt uğrunda bir-birinin
әtini yeyәn donuzlardır. Yalnız gicbәsәrlәr qeyri-
bәrabәr vә lüzumsuz mübarizәdә bugünkü hәyatını
vә gәlәcәyini tәhlükә altına qoyur.
225