Page 223 - "Bildirçin və payız"
P. 223
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

xoşbәxtlik, bax, bu iki şeydәn ibarәtdir. Hәr yerdә
göydәn tökülәn var-dövlәtdәn, bahalı otellәrdә
kirәlәnәn otaqlardakı tәmtәraqlı qonaqlıqlardan ağız
dolusu danışılır. Adıçәkilәn sehrli dünyaya gedәn yol,
görәsәn, hardan keçir?

Dostlarım... Görәsәn, indi onlar hardadır? Bir dәfә
“Amerikan” kafesinin yanında doktor Hazim Sәbriylә
rastlaşdım. Əl verib görüşdük, bir-iki kәlmә kәsdik vә
ayrıldıq. Kim inana bilәr ki, bütün uşaqlıq vә mәktәb
illәri boyu biz ayrılmaz cütlük idik. Kimlәrisә ölüm
aramızdan aldı. Tәkcә bu mehriban, gülәrüz ağsaqqal
qalıb. Budur, hәr zaman oturduğu yerdәn mәnә әl
elәyir vә ciddi görkәm alıb deyir:

– Bilirәm sәhәrin gözü açılmamış sәni bura nә
gәtirib.

– Nә?
– Dollar vә Misir funtunun böhranı.
Ürәkdәn gülürәm, deyim ki, bu da mәndә nadir
hallarda olur.
– Sәni yuxuda görmüşәm.
– Doğrudan?
– Gördüm ki, eşşәyin belindә gedirsәn, başında da
әmmamә. Sonra birdәn әmmamәni çıxarıb, havada
yellәyir, eşşәyi dә ayaqqabının dabanı ilә
mahmızlayırsan. Soruşuram ki, hara belә? Cavab
verirsәn ki, Mәkkәyә – Ümrә ziyarәtinә.
– Gördüyün yuxunu yoza bilәrsәn?
– Əlbә ә. Qabaqda sәni uğurlu bir iş gözlәyir,
ancaq bunun üçün gәrәk pis fikirlәri beynindәn
atasan.

223
   218   219   220   221   222   223   224   225   226   227   228