Page 219 - "Bildirçin və payız"
P. 219
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

– İngilis dilini bilirsәn, “infitah”1 zamanında axşam
kurslarında inzibati işlәri, katibliyi öyrәnmisәn. Hәr
şeyi tәzәdәn başlamaq sәnin üçün su içmәk kimi bir
şeydir.

– Bir az fasilә götürüb nәfәsimi dәrmәliyәm.
– Qorxuram ki, işsizlik sәndә adәtә çevrilsin.
– Mәnә görә narahat olma!
Vakant yerlәr haqqında elanlar nә qәdәr istәsәn
var. Eşitdiyim qәdәri ilә, münasib maaş da verilir,
ancaq hәyatımı dәyişmәyә bu da bәs etmәz.
Verәcәklәri pul, çox tәәssüf, müasir yaşayış massiv-
lәrindәn birindә yeni mәnzilә köçmәyimә imkan ver-
mir. Amma o da var ki, işә düzәlsәm, kasıb süfrәm
tәzә, isti xörәklәrlә bol olar.
Hәmadaya deyirәm:
– Bir az sәbir elә, xoş xәbәr eşidәrsәn.
– Pensioner bayrağını yüksәklәrә ucaltmalısan, –
dostum mәni әlә salmaqda davam edir.
Sağlamlığımın yaxşı olmasını demişdim, amma
bunun çifaydası. Digәr tәrәfdәn, deyәsәn, bir az
әdalәtsizlik elәyirәm, sağlam cana görә Allaha şükür
etmәk lazımdır. Kim bilmәsә dә, o, mәnim uzun illik
mәhrumiyyәtimdәn, tәnhalığımdan agahdır vә mәnә
mütlәq kömәk әlini uzatmalıdır, çünki rәhmli vә
mәrhәmәtlidir. Yenә qayıdıb Hәmadaya deyirәm:
– İnamım sarsılmaz olsaydı, bәlkә, xoşbәxt dә olar-
dım.

1Әrəbcədən tərcümədə “liberallaşma” deməkdir. 70-ci illərdə Misirə böyük xarici
kapital axını zamanı prezident Әnvər Sadat tərəfindən həyata keçirilən “açıq
qapılar” siyasəti nəzərdə tutulur (tərc.).

219
   214   215   216   217   218   219   220   221   222   223   224