Page 217 - "Bildirçin və payız"
P. 217
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

elçilәr Mәlәyi rahat buraxdılar. Bacıları dalbadal әrә
gedir, Mәlәksә mәni gözlәyirdi (“әr-arvad” ola-ola).
Tәhsilimi başa vurub, işә düzәlәndә düşündüyüm
yeganә şey onunla evlilik idi. Tez-tez onların evindә
olurdum. Ehtiras vә nәşә dolu gözlәrini mәnә
zillәyәndә pilәtә üstünә qoyulmuş vә pıqqıltı ilә qay-
nayan zaman parın tәsirindәn qapağı atlanıb-düşәn
çaydana bәnzәyirdim. Bir-birimizi öpüşlәrә qәrq
edirdik, lakin o, bundan artıq sәrbәstliyә imkan
vermәz, “hәr şeyin öz vaxtı, vәdәsi var” deyib, mәni
yavaşca özündәn uzaqlaşdırırdı.

Mәn bu günümüzlә yaşayırdım, o isә gәlәcәyimiz
barәdә dәyәrli fikirlәrini bölüşürdü:

– İşә düzәlәrsәn, maaşından yüz funt kәnara qo-
yarsan, onda da hәr şey yoluna düşәr.

– Atam mәnә o pulu göydә verәr, – lovğa-lovğa
cavab verirdim.

– Atan dövlәt qulluqçusudur, bir vaxtlar mәnim
atam o sahәdә çalışdığıtәk.

– Yox, elә demәzdim, – gülәrәk etiraz edirdim.
Bütün mәhәllә sevgimizdәn agah idi. Valideynlә-
rim üçün sevgim fәxarәt hissi demәk idi. Dostum Əli
Yusif isә buna görә mәni әlә salırdı. Fikriyә ilә
Zeynәbin “faciәsi” olmasaydı, atamla anam özlәrini
tam xoşbәxt saya bilәr, narahatlıqlarını büruzә ver-
mәzdilәr – atamı hәrdәn, anamı isә tez-tez qayğılı gö-
rürdüm. Düzdür, ürәyimdә hәlә dә tәk bir sevginin
olduğunu deyә bilmәzdim, ancaq mәn nöqsansız
hәyat üçün, lәyaqәtli ata olmaq üçün yaranmışdım.

217
   212   213   214   215   216   217   218   219   220   221   222