Page 215 - "Bildirçin və payız"
P. 215
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

“Hәlim Mәlәk üçün, Buseynә üçün, Rәbab üçün, nә
bilim, Bisa üçün yaranıb”. Anamı isә daha çox iki
qızının bәdbәxt taleyi narahat edirdi. İllәr ötür, son
ümid qığılcımları da sönürdü. Fikriyә vә Zeynәbdәn
savayı, mәhlәdәki bütün qızlar әrә gedirdilәr. Nә yad,
nә dә bir qohum onlara görә qapımızı döymürdü.
Hәrdәn öz-özümә tәәccüblәnirdim: “Dünyada o qәdәr
kifir var ki. Görәn, atamın var-dövlәti bu mәsәlәni
yoluna qoymağa kömәk edә bilmәz?”

Ailә qayğılarını üstümdәn atıb, cavanlığın kefini
çıxarmaqda idim. Tez-tez sanki parıldayan aylartәk,
Mәlәk, Buseynә, Rәbab vә Bisa anaları ilә birgә,
müxtәlif bәhanәlәr uydurmaqla evimizә qonaq gәlәr-
dilәr. Adamı başdan çıxaran naz-qәmzәlәr mәnzili-
mizin hüznlü ab-havasına xüsusi bir rәng qatar, istәk
vә ehtiras dolu baxışlar bir-birinә can atardı. Sanki
tәsadüfәn deyilәn xoş sözlәrdәn, yüngül toxunuşdan
vә “casusların” baxışlarından gizlin öpüşlәrdәn dә yan
keçilmәzdi. Mәn onların hamısını sevirdim, konkret
olaraq birinin üzәrindә dayanmaq niyyәtim yoxuydu.
Biri ilә mazaqlaşarkәn müvәqqәti olaraq başqalarını
unudardım, lakin Mәlәk hәlә o vaxtdan xarakterinә vә
ağlına görә digәrlәrindәn fәrqlәnәrdi. Bir dәfә, dәqiq
yadımda deyil, orta mәktәbdә oxuyurdum, ya tәlәbә
idim, anam mәndәn soruşdu:

– Onlardan hansı daha çox xoşuna gәlir?
– Nә bilim, – bir az düşündükdәn sonra cavab ver-
dim.
– Heç olmasa, biri o birindәn nәylәsә seçilmәlidir,
ya yox?

215
   210   211   212   213   214   215   216   217   218   219   220