Page 211 - "Bildirçin və payız"
P. 211
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà
kişilәr, digәri qadınlar üçün ayrılmış Bәb әn-Nasr
qәbiristanlığında ömürlük yuxuya gedib.
Əvvәl hansı otaqda qalırdımsa, indi dә hәminkindә
yatıb-dururam. Bir vaxtlar atamın qaldığı qonşu otaq
hәlә yaşamağa yararlıdır. Televizor, radioqәbuledici
vә kitablar otağı bәzәyәn tәk-tük әşyalardır. Qonaq
otağında nahar stolu, dörd stul, bir dә yarıboş şkaf var.
Köhnә mebel su qiymәtinә satılıb, digәr iki otaq da
bomboş qalıb. Mәtbәxә gәlincә, sözün әsl mәnasında
bu adda otağım yoxdur. Olan-qalan, üstündә hәrdәn
çay, ya kofe dәmlәdiyim kiçik qaz pilәtәsidir.
Yediklәrim paxla, tamiyә, konserv mәhsulları, hәrdәn
isә yumurta olur. Hәqiqәtәn dә, yaşadığımız bu çılğın
zәmanәdә әsl müdrik insan yemәklәridir.
Yalnızlıq mәni әldәn salıb, onunla inadla mübarizә
aparmağa çalışıram: televizoru işә salır, ya da çıxıb
kafeyә gedirәm. Bayaq dediyim kimi, indi az-az oxu-
yuram – vәtәnimin böyük müdriklәrinin vә xarici
әdәbiyyat korifeylәrinin cığırdaşım olduğu vaxtlar
çoxdan keçib gedib. Dünyagörüşüm artdı,
maariflәndim, lakin bu, mәnim әqidәmә zәrrә qәdәr
dә tәsir etmәdi, daha doğrusu, ömrüm boyu xidmәt
etdiyim mәslәyә qarşı çıxmağım üçün kifayәt
dәrәcәdә tәsirә malik olmadı. Əvvәlkitәk namaz qılıb,
oruc tuturam vә qaçılmaz sonluğu gözlәyirәm. Çox
tәәssüf, indiyәdәk bu hәyatda diqqәtәlayiq bir iş
görmәmişәm. Kәdәr vә sıxıntı mәni әldәn salıb,
yaşadığım evsә, bezikdirib. Xәstәlik vә ölüm qorxusu
sәhәr-axşam mәni qarabaqara izlәyir: hansısa azara
yoluxmaqdan vә lazım olan anda yanımda mәnә
211