Page 207 - "Bildirçin və payız"
P. 207
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

– Buyurun, Hәlim bәy!
Atamın adı Əbdul-Qavi әl-Bәy idi. “Bәy” sözü
atamın adının bir hissәsi olsa da, o, bu hissәciyi mәnim
adıma titul kimi әlavә edәrdi, baxmayaraq ki, әl-Bәy
babam, sadәcә, әş-Şeyx Qәmәr küçәsindә piroq sat-
maqla mәşğul olurdu. Kafedә atam mәnimçün don-
durma sifariş verdi vә dostlarına oğlunun vaxtından
xeyli qabaq inkişafından danışaraq әlavә etdi:
– Mәndә olan bәzi uşaqlıq şәkillәrindә o, Sәad
Zağlulu xatırladır.
Etiraf etmәliyәm ki, gözlәrim lazım olandan da
artığını görür. Budur, nahar stolu arxasına yığışırıq –
ailә tam heyәtdәdir. Onların hәr birini sәmimi qәlbdәn
sevirәm, amma bu, mәnә qüsurları görmәyә mane
olmur. Mәsәlәn, eynәyi çıxardan zaman atamın sir-
sifәti heç xoşuma gәlmir: sifәti arıq, gәrilmiş, bir az
yastılanmış, burnu bapbalaca, ensiz gözlәrinin güclә
görünәn gilәlәri, alnı qabarıq – xülasә, zahiri görkәmi
az gözәgәlimlidir. Anamda isә, bunun tam әksidir –
zәrif bәdәn quruluşu, xoş vә mehriban sifәt, iri, qәşәng
gözlәr, yumşaq, dalğalı saçlar, nazik, düz burun.
Düzdür, hәr gözәlin bir eybi olduğu kimi, onunku da
tın-tınlıq vә daim narazı, әsәbi tonun sәsini
korlamasıdır. Lakin әn çox Fikriyә vә Zeynәbin bәxti
gәtirmәyib – onlar elә bil atamın burnundan fırt elәyib
düşüblәr. Sonrakı hәyatımda faydası olmasa da,
xoşagәlimli sifәtimin anamdan miras qaldığını deyә
bilәrәm. Adıçәkilәn yöndәmsizliyin nәticәsi olaraq,
ailәmizdә bәxtsizlik dәrin kök salmağa başladı. Belә
demәk olarsa, ailәdә yeganә bәxtәvәr mәn idim.
Amma ümumi bәdbәxtlik mәndәn dә yan keçmә-

207
   202   203   204   205   206   207   208   209   210   211   212