Page 203 - "Bildirçin və payız"
P. 203
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

– Belә görürәm, evlәnmәk barәdә köhnә arzuların-
dan әl çәkmәmisәn, – gülәrәk cavab verdi.

– Deyirsәn, yәni heç bir şansım qalmayıb? – mәyus
halda soruşdum.

– Bütün şanslarımız Allahın әlindәdir, amma
söhbәt bunda deyil. Deyәk ki, şans üzünә güldü, onu
reallaşdırmağa gücün çatar?

– Mәni tanıyan hәr kәs bu qәnaәtdәdir ki,
hәmyaşıdlarımın çoxundan sağlamam, – özümdәnrazı
cavab verdim. – Hәrdәn mәnә elә gәlir, ikinci
gәncliyimi yaşayıram. İndiyә kimi, bir dәfә dә olsun,
xroniki xәstәlik keçirmәmişәm, cәmi bircә dәfә zökәm
olmuşam. Dişlәrim dәmir kimidir, hamısı sap-sağlam
yerindәdir, yalnız dördünә plomb qoyulub. Nә uzağı
görmәk, nә dә kitab oxumaq üçün eynәyә ehtiyacım
olub, ancaq etiraf elәmәliyәm ki, son illәr kitablara
әvvәlkitәk hәvәs dә göstәrmirәm. Özümü gözә
gәtirmәmәk üçün bu qәdәr mәlumat, mәncә, kifayәt
elәyәr. Bәlkә dә, yeganә qüsurum bu günә kimi
әlamәtlәrә inanmağımdır. Ali tәhsil almağım belә, bu
inancı mәndә öldürә bilmәdi.

– Evlәnsәn, ancaq şad olaram, – Hәmada әt-Tartuşi
dedi. – Evlәnmәsәn dә, bunu özünә dәrd elәmә,
naşükür olma! Evli olanlara da heç paxıllığın tutmasın,
yeri gәlәndә hәlә biz sәnә paxıllıq elәmәliyik. Allaha
and olsun, adamı әldәn salan, ömrünü qısaldan iki şey
var: birisi evlilik hәyatı, digәri orta mәktәbdә dәrs
demәk.

Gör neçәnci dәfәdir ondan bu sözlәri eşidirәm. Hәr
dәfәsindә dә bir qulağımdan alıb, o birisindәn

203
   198   199   200   201   202   203   204   205   206   207   208