Page 199 - "Bildirçin və payız"
P. 199
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

dan keçib-gedib. İnana bilmirәm ki, mәktәb illәrindәn
pensiya yaşıma qәdәr bu mәnzildә qalmışam. Qıraq-
dan baxanda qәtiyyәn dәyişmәyib. Bu da mәnim
taxta çarpayım; sәn necә dә möhkәm vә uzunömürlü-
sәn! Uzun, ağır illәr belә sәnin gücünü, möhkәmliyini,
dözümlülüyünü әlindәn ala bilmәdi. İndiki mebellәr
belә möhkәm ola bilmәz. Bu da böyük hissәsini güzgü
tutan, Nuh әyyamından qalmış orta ölçülü birqapılı
şkafım. İki pәncәrә arasında isә möhkәm ayaqları
olan, sәthi kәlә-kötürlәşmiş kiçik yazı stolu qoyulub.
Yadıma gәlir, hәlә ibtidai vә orta mәktәbdә oxuyanda,
daha sonra isә universitetdә tәhsil alanda dәrslәrimә
mәhz bu stol arxasında oturub hazırlaşırdım. Yazı
stolunun yanında әntiqә bir divan da var. Bu da fars
xalçası. Onu mәnә mәktәbi qurtarmağım münasibәtilә
hәdiyyә vermişdilәr – evimdә öz gözәlliyini saxlayan,
bәlkә dә, yeganә әşyadır. Bu cürә nәhәng otaqlar,
hündür tavanlar, belә gözәl parket müasir arxitektu-
raya yaddır. Digәr tәrәfdәn, binanın özünü dә mәnim
kimi pensiyaya göndәrmәk lazımdır. Əbu Xaudә
küçәsinin isә, ancaq adı qalıb. Qaranlıq dalanlarında
gәnclik xatirәlәrinin gizlәndiyi ötәn әsrin yararsız
tikililәri yeni heç nә vәd elәmir. Burada “yeni” sözünü,
ancaq adamla soyuq münasibәt saxlamaları bir yana
qalsın, sifәtlәrindәn düşmәnçilik vә qorxu yağan
sakinlәrә aid etmәk olar. Toz basmış dörd otaq vә bir
zaldan ibarәt bu geniş mәnzildә, bayaq dediyim kimi,
tәk qalıram. Tәbii ki, tarakan vә siçanları nәzәrә al-
masaq, bu, belәdir. Çağırılmayan qonaqlarla, eyni za-
manda, tәkliyimlә, qәm-qüssәmlә, xoş olmayan

199
   194   195   196   197   198   199   200   201   202   203   204