Page 205 - "Bildirçin və payız"
P. 205
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà
söhbәtlәşәr, sonra bir-birimizә qovuşardıq. Amma o
indiki qadın deyil, o zamankı qız uşağı idi, ürәyimin
vә arzularımın yeganә sahibi olan qız uşağı. Tәәssüf
ki, ona ancaq yuxularımda sahib ola bildim.
Aramızdakı sevginin ömrü elә dә uzun olmadı. Onun
toyunu kәnardan, yad birisi tәk izlәmәyә özümdә
cürәt tapa bilmişdim. Yaxşı bәs bu tәnhalıq, şәhvәt
hisslәrinin öhdәsindәn necә gәlim?! Ölkәmin vә
ümumiyyәtlә, dünyanın başına gәlәn bәlaları, öz
evimdә üzlәşdiyim bәxt dönüklüyünü, Əbu Xaudә
küçәsi ilә әl-Ceyş meydanı arasında doğulduğum yeri
lәnәtlәyirәm. Hәrdәn özümә sual verirәm: görәsәn,
mәndәn qabaq elә bir adam olubmu ki, eyni
mәhәllәdә, eyni küçәdә, eyni evdә, eyni mәnzildә,
hә a, eyni otaqda hәm uşaqlıq, hәm cavanlıq, hәm dә
qocalıq dövrünü yaşasın?! Yәni bu dünyada elә bir
adam varmı ki, mәnin vәziyyәtimdә olsun – hәr dәfә
yerindәn tәrpәnmәyә cәhd edәndә amansız hәyat yağı
düşmәntәk onun boğazına çöksün?! Bu qәdimi,
nәhәng vә günün istәnilәn vaxtı kәnardan baxanda
qaraqabaq insanı xatırladan binanın girәcәyinә
yaxınlaşanda, onun qalaq-qalaq zibil yığılmış, uçub-
dağılmış vә çirkdәn, palçıqdan әvvәlki rәngini
itirmiş pillәkәnlәrini dırmaşanda qәzәbim son hәddә
çatır. Binanın nә qapıçısı, nә dә qulluqçusu var, mәn
isә sәliqә-sahmana önәm verәn adamam. Giriş
qapısından ayağını içәri atan kimi adamı ağır üfunәt
iyi vurur. Tәәccüblü elә bir şey yoxdur – bunun
qaynağı inflyasiya, “açıq qapılar” siyasәti, müharibәlәr
vә dünya iqtisadi siteminin dayanıqsızlığıdır. İndiki
205