Page 209 - "Bildirçin və payız"
P. 209
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

Arabir atam mәni özü ilә kafeyә, ya kinoya apa-
rırdı. Dostum Əli demiş, mәn “әsilzadәlәrdәn” idim.
Evimiz dә ki, o vaxtlar Yusif әfәndinin vә Mәlәyin
atası Bәha Osmanınkından tәzә idi. Əsilzadә vә varlı
olmağım barәdә deyilәnlәr canıma yayılırdı. Mәgәr
dünyada zәnginlikdәn gözәl şey var?! Anama deyir-
dim:

– Biz varlıyıq?
O isә burnunda cavab verәrdi (dediyim kimi,
bütün gözәlliyini korlayan yeganә şey bu idi):
– Şükür Allaha, heç nәdәn korluq çәkmirik.
– Mülkümüz var?
– Yox, heç bir mülk-filan yoxdur, – o gülәrdi.
– Bәs onda atamın var-dövlәti hardandır?
– Allahın bizә bәxşişidir bu, bala!
Görünür, varlı valideynlәr müәyyәn vaxta qәdәr öz
övladlarına var-dövlәtlәrinin hardan yarandığını
demirlәr. Valideynlәri әsas narahat edәn bizim nә
yeyәcәyimizdir: anbar Ramazan ayında qozla, orucluq
vaxtı pirojna vә peçenye ilә dolar, qurban bayramı
zamanı isә quzu әti süfrәmizdәn әskik olmazdı.
Atam, şәksiz-şübhәsiz, imkanlı birisi idi. Onun
müsbәt mәziyyәtlәrindәn biri dә ailәdә yeganә şәxs
kimi gündәlik qәzeti vә hәftәlik illüstrasiyalı jurnalı
oxuması idi. Elә oxumağa hәvәs dә mәnә atamdan
keçmişdi. Nә vaxt ki, uşaq jurnalları mәnә darıxdırıcı
gәldi, atamdan tәrcümә olunmuş povestlәr almağı
xahiş etdim. Hәmin vaxtdan hәyatım yeni axar aldı:
sanki ikili hәyat yaşamağa başlamışdım, dünyam ikiyә
bölünmüşdü – birincisi, mәktәb vә daimi mübahisә-

209
   204   205   206   207   208   209   210   211   212   213   214