Page 213 - "Bildirçin və payız"
P. 213
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

hisslәrindәn mәhrumiyyәtin nә olduğunu dәrk etmir.
Başqası olsaydı, onu çoxdan başımdan rәdd
elәmişdim. Televizor ona baxanda daha sadiq vә
faydalı dostdur. O, adamı sehrli xәyallar vә gözәl
qadınlar alәminә aparır...

Miskin vә dәyәrsiz bir hәyat... Amma mәn o qәdәr
dә dәyәrsiz birisi deyilәm. Dünәnә kimi Tәhsil
Nazirliyindә baş inspektor idim. Şәrait imkan
versәydi, arzularımı bir-bir hәyata keçirәrdim. İnfly-
asiya üzündәn qiymәtlәr dörd dәfә qalxdığı bir vaxtda
maaşı cüzi artırmağın nә mәnası var?! Cari duru-
mumda günahkar tәkcә ailәm yox, lәnәtә gәlmiş
iqtisadiyyatı, siyasәti ilә birgә bütün dünyadır. Ha
çalışdımsa özümü onlardan uzaq tutum, yenә dә gәlib
qır-saqqız olub boğazımdan yapışdılar, mәni rahat
buraxmadılar.

Hamamda kranı düzәltmәk üçün santexniki
hardan tapım? Görәsәn, bu, mәnә neçәyә başa
gәlәcәk? Günün yarısını yatmış olsaydım, özümü
bәlkә dә xoşbәxt hiss edәrdim, amma neylәyim ki,
sutkada beş saatdan artıq gözümü yuma bilmirәm.
Mәlәk, sәnin barәndә düşünmәkdәn әl çәkmәliyәm.
Sәninlә gizli söhbәtlәrimin sonu görünmür. İçimdә bir
hiss mәnә hәrdәn, sәnin sevmәk bacarığını
itirmәdiyini deyir. İkimiz dә tәnhayıq, Mәlәk!
Amansız taleyin reallaşdırmağa imkan vermәdiyini
niyә indi hәyata keçirmәyәk? Ət-Tartuşi mәndә
sәninlә görüşә hәvәs oyatdı. Onun beynimә yeritdiyi
bu fikir indi mәni heç cürә rahat buraxmır. Tәxәy-
yülüm dә birdәn-birә cücәrib baş qaldırır. Budur,

213
   208   209   210   211   212   213   214   215   216   217   218