Page 221 - "Bildirçin və payız"
P. 221
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

Mәlәyin etirafını unutmayacağam:
– Mәnimlә evlәnmәk üçün, hә a şahzadә dә

qapımıza gәlsәydi, ona “yox” deyәrdim, çünki sәndәn
başqa istәklim yoxdur.

Mәlәyi özümә sadiq vә etibarlı yar – sәdaqәti
dünyada әn ali hәqiqәtdәn belә uca olan birisi hesab
edirdim. Aman Allah! Necә saf, hәqiqi mәhәbbәt idi!
O mәhәbbәt ki, yekun qәlәbәsini xoşbәxt, unudulmaz
bir gündә әldә etdi.

Mәlәk otağın pәncәrәsindәn Buseynә ilә him-cim
elәdiyimi gördü. O anası ilә birgә evimizә gәlәn kimi
otağıma girib, utana-utana, sıxıla-sıxıla soruşdu:

– Sәni tәbrik etmәk olar?
– Nәylә bağlı?
– Buseynәni deyirәm.
Pәrt oldum. Ona uzun-uzadı baxdım. O da düz
gözlәrimin içinә qorxmadan, mәrdanә baxırdı. Qüruru
qısqanclığını büruzә vermәyә qoymurdu. Hәmin
anda, ilahi, o, necә dә gözәl idi!
Sevincimin hәddi-hüdudu yox idi, sevinirdim,
çünki, hәqiqәtәn dә, sevildiyimi görürdüm.
– Sәndәn başqa heç kim, Mәlәk! Eşidirsәn, heç
kim?! – pıçıldadım.
Ürәyi rahatlamışdı, buna görә dә qapının
arxasından sәsini aydın eşitsinlәr deyә, bәrkdәn
dillәndi:
– Mәnә oxumağa bir kitab ver.
– “Maqdalena”nı1 oxumusan?

1XIX əsr fransız yazıçısı Alfons Jan Karrın, məşhur Misir ədəbiyyatşünası əl-
Mənfəluti tərəfindən ərəb dilinə tərcümə edilmiş “Çökə ağacları altında” sentimen-
tal romanının adıdır (tərc.).

221
   216   217   218   219   220   221   222   223   224   225   226