Page 227 - "Bildirçin və payız"
P. 227
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

çәkirdim. O, mәnim әn yaxın dostumdur. Dәrslәrimizi
növbә ilә gah onlarda, gah bizdә hazırlayırıq. Boyda
mәndәn kiçik olsa da, mәndәn yaraşıqlı, fәrasәtli vә
ağıllıdır. Bәzәn o, mәnә başa düşmәdiklәrimi izah
edir. Mәndәn çox bilmәyi bir yana, siyasәtlә dә
maraqlanır. Əli Yusif hәrdәn hәrarәtlә çıxış edir:

– Görәrsәn, inşaallah, kralın, ingilislәrin ayağı
dәymәyәn yeni Misiri görmәk mәnә nәsib olacaq.

Dostum bunları deyib “Müsәlman qardaşları”,
marksistlәr, “Yeni Misir”1 kimi müasir siyasi cәrәyan-
lar haqqında söhbәt açır. Özü isә, daim “Vәfd”
partiyasına sadiq qalıb. Uzun müddәt bir yәhudi qızı
ilә görüşürdü, lakin II Dünya müharibәsi başlar-
başlamaz qız birdәn yoxa çıxdı. Başqa qızlarla
münasibәtlәrindәn xәbәrim yoxuydu. Hә a deyәrdim
ki, hәrdәn mәnә elә gәlir, o, ciddi münasibәtlәr
saxlamağı bacarmaz. Eyni vaxtda hüquq fakültәsinә
qәbul olduq vә әvvәlkitәk dәrslәrimizi birlikdә
hazırlamaqda davam etdik. Tez-tez Mәlәyi vә özümü
sakitlәşdirmәyә çalışıram:

– Bir neçә il qalıb. Tezliklә yeni hәyata
başlayacağıq.

Bacılarından qat-qat gözәl olsa da, hәlә dә anası ilә
birgә yaşayan Mәlәk deyir:

– Kaş ki, mәnim dә ali tәhsilim olardı.
– Yoxsa vәzifә sәni dә özünә çәkir?
– Niyә dә olmasın?!
– Amma mәn sәni evinin xanımı görmәk istәyirәm.

11933-1953-cü illər arasında Misirdə müxtəlif adlarla mövcud olmuş kiçik burjua
partiyası (tərc.)

227
   222   223   224   225   226   227   228   229   230   231   232