Page 191 - "Bildirçin və payız"
P. 191
Áèëäèð÷èí âÿ ïàéûç

31
İsa köşklәrdәn birinin arxasında gizlәnib Ririni
izlәmәyә başladı. Riri günlüklәrin birinin altında otu-
rub yaxınlıqda qumluğun içindә oynayan balaca
Niamәtә nәzarәt edirdi.
Sәhәr tezdәn hava çox tәmiz vә sәrin idi. Günәş
şüaları hәlә tәzә-tәzә yeri qızdırmağa başlayır, erkәn
vaxtı çimәrliyә istirahәtә gәlәnlәrin kefini açırdı.
Ririnin gözünә dәymәmәk üçün İsa geyinib-soyunma
kabinalarından birinә girdi.
İsanın fikri-zikri qızında idi. O, bu balaca, incә
varlığı bağrına basıb öpmәk, onun gündәn qaralmış
ayaqlarına qısılmaq, quma bulaşmış sıx saçlarını
sığallamaq istәyirdi. Portağalı rәngdә çimәrlik
paltarında olan şәn vә dәcәl Niamәtin simasından
qayğısızlıq vә xoşbәxtlik yağırdı. O, ata kәdәri vә ana
qorxusunun bәhrәsiydi. Lakin hәyat bu eyblәrlә
hesablaşmayıb gözәl, xoşbәxt vә tam sağlam bir varlıq
yaratmışdı. Uşağa kәnardan tamaşa elәyә-elәyә
düşünürdü: “Mәgәr başa gәlәn bu qәdәr hadisәlәrdәn
sonra xoşbәxtliyin dadını çıxarmaq olmaz?! Milyon
illәr öncә olduğu kimi, bu gün dә nәhәng dalğaları
sahilә doğru yan alıb, sonra geri çәkilәn dәniz dә, bu
göy, buludsuz asiman da, yәqin ki, buna bәnzәr
saysız-hesabsız hadisәlәrin şahidi olmuşdu”.
İsa qәtiyyәtlә gizlәndiyi yerdәn çıxıb qıza tәrәf
getdi. Bunu görәn Riri dә yerindәn qalxdı vә onun
yolunu kәsmәyә çalışdı, lakin İsa uşağı qucaqlayıb öpә
bildi. İsanın ürәyi yerinә gәlmişdi. İndi özünü rahat

191
   186   187   188   189   190   191   192   193   194   195   196