Page 189 - "Bildirçin və payız"
P. 189
Áèëäèð÷èí âÿ ïàéûç

– Belә niyә elәyib ki?
– Bilirsiniz, o, yaşlı adamdır, hәm dә dediyim kimi,
çox qanacaqlıdır. Uşaqları da yoxuymuş, – İsanın
ayaqqabılarını yaxşı-yaxşı vaksla yağlamaqda davam
edәn çәkmәsilәn söhbәtinә dә ara vermirdi. – O, bu
xanımı sevib Allahın әmri, peyğәmbәrin izni ilә
onunla evlәndi...
– O, hәqiqәtәn dә, yaxşı adam imiş, – hәyәcandan
tüpürcәyini udan İsa dedi, – hәbsxanaya isә, düz
deyirsәn, ümumiyyәtlә, layiq deyilmiş...
– Buna görә dә, әrinә sәdaqәt andı içәn bu xanım
dükanda özü işlәyir vә sәbirsizliklә onun yolunu
gözlәyir...
– Əri buna layiqdir...
İsa çәkmәsilәnin pulunu verib ordan ayrıldı.
Söhbәt ona kiçik bir ümid vermişdi. Dünәn olduğu
kimi, bu gün dә gecә yarıyadәk küçә fәnәrinin altında
Ririnin gәlmәyini gözlәdi.
Nәhayәt, Riri döngәdә göründü. Onu görәn kimi
yolunu dәyişdi. Dalınca qaçan İsa yalvarmağa başladı:
– Sәhәrdәn sәni gözlәyirәm. Danışmalıyıq, nә olar,
ayaq saxla!..
Riri ona mәhәl qoymayıb yoluna davam etdi. Onda
İsa onun yolunu kәsdi.
– Bircә de görüm, o, mәnim qızımdır?
– Əl çәk, yoxsa polis çağıraram!..
– O, mәnim qızımdır, bilirәm.
– Eşidirsәn, polis çağıracağam?!..
– Nә olar, rәhmin gәlsin mәnә! Bağışla mәni!..
Riri onun sözünü sәrt kәsdi:

189
   184   185   186   187   188   189   190   191   192   193   194