Page 193 - "Bildirçin və payız"
P. 193
Áèëäèð÷èí âÿ ïàéûç

indi yüz faiz bir hәngamә qopar... Bu adam barәdә
fikirlәşmәmәyә çalışdı, lakin hansısa namәlum qüvvә
onu hәmin gәncә sarı çevrilmәyә vadar etdi: gәnc
adam kürәyini piştaxtaya tәrәf söykәyib, manqo şirәsi
içir vә altdan-altdan ona baxırdı. Onun gözlәri boş,
mәnasız yerә gülmürdü. Bununla onlar sanki demәk
istәyirdi ki, keçmiş yaddan çıxmayıb, o, sәnin
qabağında bir cәlladtәk indi durub, canını almağa
hazırdır.

İsa tez ora-bura baxdı, hiss elәyirdi ki, daha burada
qala bilmәz. Durub kafedәn çıxdı vә sahildә
gәzişmәyә başladı. Evә qayıtmaq haqda söhbәt gedә
bilmәzdi. Mәgәr onun evi varıydı? Bir az irәlilәdikdәn
sonra meydana tәrәf istiqamәt aldı, gәlib Sәad
Zağlulun heykәli yanındakı skamyada әylәşdi.
Ətrafda boşluq idi, skamyalarda bir nәfәr belә yoxuy-
du. Meydanın ağası olan sәrin külәk hündür palma
ağaclarının kiçik budaqlarını yellәdirdi. Göyün üzünü
tamamilә örtәn ulduzlar par-par parıldayırdı. Keçmiş-
dәn hara qaçacaqsan? Sәni qarabaqara izlәyәn xatirә-
lәrdәn necә gizlәnә bilәrsәn? Bayaqkı cavana bir dә
rast gәlsә, neylәsin?

Birdәn İsa kiminsә onun yanında әylәşdiyini hiss
etdi. Əsәbi halda çönәndә duruxub qaldı: bu, hәmin
gәnc idi.

İsa cәld ayağa qalxdı, “çağırılmayan gecә qonağın-
dan hәr şey gözlәnilәr”, – deyә fikirlәşib özünümüda-
fiә üçün sipәr aldı. Lakin qәflәtәn beyninә nә gәldisә,
gülümsündü vә sakitcә yerinә әylәşdi.

193
   188   189   190   191   192   193   194   195   196   197   198