Page 185 - "Bildirçin və payız"
P. 185
Áèëäèð÷èí âÿ ïàéûç
– Biz danışmalıyıq! – ümidsizliyә qapılan İsa çıxış
yolunu qışqırmaqda gördü. – Bu, çox vacibdir.
Tәsәvvür elәyә bilmәzsәn ki, mәn necә әzab çәkirәm...
– Çıx get deyirәn sәnә! Get!.. Bu saat sәnin
görәcәyin әn savab iş bu ola bilәr...
– Başa düş, Riri! Uşağı görüb dәli oldum.
– Nә uşaq? Sәn nә danışırsan?
– Bayaq dizlәrinin üstündә oturan qızcığazı
deyirәm. Dükanda... Sәni tәsadüfәn gördüm, sonra da
onu... xidmәtçi qadınla birgә. Evә qәdәr onların
arxasınca getdim. İstәyirәm ki, mәnimçün nә qәdәr
ağır olduğunu bilәsәn...
– Heç nә eşitmәk istәmirәm, – Riri inadla tәkrar
elәyirdi. – Çıx get!
– Az qalıram, dәli olam... Riri, kimi çox istәyirsәn,
sәn onun canı, de görüm, o, mәnim qızımdır? De!..
Mәnә bunu demәlisәn... demәlisәn...
Küçәnin sәssizliyindә Ririnin sәrt cavabı әks-sәda
verdi:
– Rәdd ol gözümün qabağından! Sәn başdanxarab-
san. Tez ol, itil! Rәdd ol, dedim! – artıq özündәn çıxan
Riri qışqırırdı.
– Ürәyimә dammışdı...
– Ürәyin sәni aldadır... Özün kimi ürәyin dә
yalançıdır.
– Necә әclaflıq elәdiyimi yaxşı anlayıram. Amma,
nә olar, de! Yalvarıram, de – o, mәnim qızımdır?
– Sәnә ancaq bunu deyә bilәrәm: elә rәdd ol ki, bir
dә gözüm görmәsin sәni!
185