Page 181 - "Bildirçin və payız"
P. 181
Áèëäèð÷èí âÿ ïàéûç

yaxınlaşıb tәlaşla ona nәsә dedi. Birdәn qızcığaz
Ririnin dizlәri üstә dırmaşıb boğazındakı muncuqlarla
oynamağa başladı. İsa gözlәnilmәz bir gümana düşdü.
İsanın ürәyi elә bәrkdәn döyünmәyә başladı ki,
deyәrdin ki, onun sәsi sahil qayalarına çırpınan dәniz
dalğalarının güclü sәsini batırıb. Ririnin qucağında
sakitcә oynayan balaca uşaqdan gözünü heç cürә ayıra
bilmirdi. Bәdәnini sanki buz kәsmişdi, әllәri, ayaqları
keyimişdi... “Yox, yox... bu ola bilmәz!” – ürәyindә
deyirdi.

Durduğu yerdәn uşağın üzünü görә bilmirdi.
Bәlkә hәr şeyi tәrs başa düşür vә zәnni onu aldadır?
Bәlkә sonra bu hadisәni yadına salıb özünün özünә
gülmәyi tutacaq?.. Burdan baş götürüb getmәk
lazımdır, mümkün qәdәr dә tez. Bu dükandan da, elә
İsgәndәriyyәdәn dә... Ancaq bir addım da ata bilmәdi,
ayaqları sözünә baxmırdı. Riri qızı qucağına aldı,
yanaqlarından öpüb tәzәdәn yerә qoydu. Xidmәtçi
qadın uşağın әlindәn tutub dükandan çıxdı. Onlar
şәhәrin mәrkәzinә gedәn yan küçә ilә irәlilәdilәr. İsa
qadınla uşağın dalınca götürüldü, artıq bir qәdәr sonra
onlara çatmışdı. Qızcığaz quş cikkiltisinә bәnzәyәn
sәsi ilә nә isә deyirdi. İsa yalnız bir dәnә “şokolad”
sözünü aydın eşidә bildi. Onlar yol ayrıcında olan,
qoz-fındıq, şirniyyat satılan dükanın qabağında
dayandılar. Xidmәtçi keçib şirni aldığı bir vaxtda İsa
da gözünü qızdan çәkmәdәn satıcıdan bir paçka
siqaret istәdi. Qızın yumru gözlәrindә doğmalıq
duydu, onlarda anası vә bacılarından nә isә var idi.
Başı hәrlәndi, az qaldı qaytarsın, yorğunluq bir yan-

181
   176   177   178   179   180   181   182   183   184   185   186