Page 177 - "Bildirçin və payız"
P. 177
Áèëäèð÷èí âÿ ïàéûç

yolu var... – mәnalı-mәnalı dillәnәn İhsan yaranmış
xoşagәlmәz vәziyyәtә bir qәdәr aydınlıq gәtirmәyә
çalışdı.

– Əlbә ә, hәr bir mәsәlәni xoşluqla hәll elәmәk
mümkündür, – Samir arvadının fikrinә şәrik çıxdı vә
üzünü Qadәriyyәyә tutub dedi: – Yoldaşın möhkәm,
eyni zamanda inadkar adamdır. Bir Allah bilir ki, o,
nәlәr çәkib... Bütün bunlara baxmayaraq, o, hәr şeyә
dözdü vә kamallarından әl çәkmәdi...

– Görürәm, o, sizin yaman ürәyinizә yatır... –
Qadәriyyә dedi. – İnanıram ki, – bu dәfә üzünü İsaya
tutdu, – bundan sonra mәnә qarşı diqqәtli olacaqsan.

– Hә... Hә... – Samir bir qәdәr hәyәcanla dillәndi, –
sizdәn xahiş edirәm, gәlin, gәlәcәk haqda danışaq...

– Mәn әminәm ki, – Qadәriyyә bu dәfә bir az
ucadan dedi, – İsanı bütün iztirablardan, ancaq iş azad
elәyә bilәr. Buna görә, mәn istәnilәn güzәştә getmәyә
hazıram...

– Fikrinlә tam razıyam, – Samir dedi. – Lakin bu
ağıllı vә vaxtında verilmiş ideyanı hәyata keçirmәk
üçün tez bir zamanda kurortu tәrk elәmәk lazımdır.
Avqust tәtilini burda da yekunlaşdırın! İsgәndәriy-
yәyә qayıdın vә yayın axırına kimi orada qalın! Bu
dәqiqә sizә lazım olan budur... Heç nәyi dә tәxirә
salmayın!

– İsa razıdırsa, günü sabah çıxıb getmәyә hazıram...
Qonaqları yola salan Samir çıxhaçıxda İsaya
qayıtdı:
– İsgәndәriyyәdә fikirlәşmәyә kifayәt qәdәr vaxtın
olacaq. Oktyabrda Qahirәyә qayıdan kimi dә işә başla!
Sәsini içinә çәkәn Qadәriyyә, boş küçәdә İsa ilә

177
   172   173   174   175   176   177   178   179   180   181   182