Page 179 - "Bildirçin və payız"
P. 179
Áèëäèð÷èí âÿ ïàéûç

– Ürәyimdә bir arzum var, – İsa davam elәdi. – İn-
sanlardan uzaqlaşmaq, Qahirәdәn xeyli aralıda
yerlәşәn bir kәnddә sakit hәyat yaşamaq, yalnız
zәrurәt olduqda şәhәrә gәlmәk istәrdim.

– Bizim kәndә nә aidiyyәtimiz? – deyә Qadәriyyә
yerindәn dik qalxdı.

– Narahat olma!.. Düşünürәm ki, bu elә arzu olaraq
da qalacaq.

Günlәr sıxıcı keçirdi. İsa özünü çox tәnha hiss
elәyirdi. Qadәriyyә günün böyük hissәsini evdә olur,
elә hey sağlamlığından şikayәt edirdi. İsa hәr zaman
olduğu kimi, küçәdә dalğın vәziyyәtdә uzun-uzadı
gәzirdi. Əlbә ә, özünün dә dediyi kimi, onun vaxtı
çoxdan keçmişdi, geriyә dönüş isә yoxuydu. Sahib
olduğu әvvәlki mәnsәbi cәmiyyәtdәki mövqeyini bir
dә geri qaytara bilmәyәcәk. Qalır bir dәnә qismәtin
ona caladığı qadının hesabına yaşamaq. Sevmәk yox
ha, ancaq onun cibinә girmәk, onu sökmәk, talamaq.
Nә vaxt qurtaracaq bu rәzalәt? Nә yaxşı olardı, indi
başqa yerlәrdә olardı, tamamilә başqa şeylәr haqqında
fikirlәşәrdi, arzularını bir-bir hәyata keçirәrdi,
sevinәrdi! Çıxış yolu varsa da, o görә bilmir...

Bir axşam İsa yenә sahil küçәsindә dolaşırdı ki,
birdәn sәki boyu az qala bir-birinin içinә girәn saysız-
hesabsız xırda dükanlardan birindә o... Ririni gördü.

Bir az narahat, bir az da qorxmuş halda vitrinin
qabağında dayandı. Gözlәri onu aldatmamışdı,
qarşısında duran Ririnin özü idi. Görünür, o, bu kiçik
obyektin sahibәsiydi. Burada әsasәn, dondurma, paxla
vә tamiyә1 satılırdı. Özünü ağacın kölgәsinә verәn İsa

1cəfəri, nanə, soğan, sarımsaqla birgə yağda bişmiş paxladan hazırlanan yemək
növü (tərc.)

179
   174   175   176   177   178   179   180   181   182   183   184