Page 175 - "Bildirçin və payız"
P. 175
Áèëäèð÷èí âÿ ïàéûç
27
Gecәni İbrahimgildә keçirdi. O birisi gün Nilin
sahilindә yerlәşәn “Grand Hotel”dә nömrә kirәlәdi.
Hәftәsonu qabaqcadan nәzәrdә tutulmayan xәrclәri
qarşılamaq vә qumara olan borcunu ödәmәk üçün
bankdan yüz funt götürmәli oldu. İbrahimin arvadı
әrinin mәslәhәti ilә Qadәriyyәnin yanına gedib, İsayla
barışması üçün onu razı salmağa çalışdı, lakin heç nә
әldә elәyә bilmәdi.
İsanın isә heç nә vecinә deyildi, kart oynamağında
davam edirdi. Bu saat әsas mәşğuliyyәti bundan ibarәt
idi.
– Hәr halda gün-güzәranını dәyişmәlisәn, – bir
dәfә dәniz kәnarındakı kazinoda olarkәn Samir ona
dedi.
Günorta idi. Başqa günlәr İsa günün bu vaxtı hәlә
tәzә-tәzә yuxudan durardı. Gecәlәr qumar stolu
arxasında yuxusuz qalmağın tәsirindәn idi. Amma bu
gün nәdәnsә hәr zamankından tez ayılmışdı. Sahildә
oturub, yanından çimәrlik paltarında ötüb-keçәn
qadınlara acgözlüklә baxır, ancaq ağzını açıb bir kәlmә
belә kәsmirdi. Samir yenә ona nәysә demәk istәdikdә
dostuna fikrini axıra çatdırmağa macal vermәdi:
– Bu cananlardan biri ilә yaxşı gün keçirmәk olardı.
Bilirsәn, mәn hәlә indiyә kimi әsl sevgini dada
bilmәmişәm...
– Nәdir, yoxsa könlünә tәzәdәn evlәnmәk düşüb?
Göyün üzündә bir-birindәn qәşәng topa buludlar
asta-asta hәrәkәt edirdi.
175