Page 187 - "Bildirçin və payız"
P. 187
Áèëäèð÷èí âÿ ïàéûç
Ertәsi gün tәzәdәn Ririnin dükanına yollandı.
Qızını görmәk ümidi ilә dükanın çevrәsindә bir neçә
saat dolaşdı. Uğursuzluğa baxmayaraq, xoşbәxtliyin
ondan yan keçmәyәcәyinә inanırdı. Yaxınlıqda alçaq
piştaxta arxasında oturan çәkmәsilәnin yanına gәlib
ayağını yeşiyin üstünә qoydu vә bәrkdәn soruşdu:
– Boş mәnzillәr var?
– İlin bu vaxtı mәnzillәrin sayı gündәlik qayğıların
sayından çoxdur, – çәkmәsilәn gülәrәk cavab verdi.
– Mәnә bir boş mәnzil lazımdır.
– Pansionda olsun?
– Yaxşı olar, içindә ailә yaşayan olsun, – İsa göz
vurdu vә başı ilә Ririnin dükanına işarә edәrәk
soruşdu:
– Dükanın sahibәsi barәdә bir şey bilmirsәn?
Çәkmәsilәn gülmәyi dayandırdı, üzünә bir anda
ciddi görkәm verdi.
– Nә danışırsınız, cәnab! O, hörmәtli xanımdır.
İsa ona dik-dik baxdı.
– Vaxtınızı almaq istәmәzdim, başqa heç bir
mәlumat verә bilmәrәm... – çәkmәsilәn söhbәti davam
etdirmәk istәmirdi.
– Bura bax, sәn deyәsәn, mәni düz başa düşmәdin.
Mәn özüm dә yaxşı görürәm ki, o, abırlı-ismәtli,
hörmәtli xanımdır. Hә a eşitmişәm ki, balaca qәşәng
bir qızı da var.
– Hә, hә. Elә gözәl uşaqdır. Xoşbәxt bir ailәnin
gözәl bәhrәsi.
İsa mәnalı-mәnalı güldü:
187