Page 165 - "Bildirçin və payız"
P. 165
Áèëäèð÷èí âÿ ïàéûç
dә radionun qabağında oturub, Tәhlükәsizlik Şurası
vә Baş Assambleyanın iclasları barәdә diktorların
verdiklәri xәbәrlәrә acgözlüklә qulaq asır,
mühasirәdә qalan Port-Sәid sakinlәrinin üzlәşdiklәri
işgәncәlәrdәn xәbәrdar olurdular.
– İngilis vә fransızların qarşısında tab gәtirә
bilәcәyik? – canına qorxu düşmüş Qadәriyyә soruşdu.
– Port-Sәid müqavimәt göstәrir, – İsa qaşqabaqlı
cavab verdi. – Bütün dünya bu olanları qәzәblә
qarşılayır.
– Kiminsә qәzәblәnmәyindәn bizә nә xeyir var,
başımıza elә bir ucdan bomba tökürlәr.
– Düz deyirsәn, – İsa köks ötürdü, – amma neylәyә
bilәrik?
– Nә isә bir çıxış yolu olmalıdır, ya yox? – acıqlı-
acıqlı cavab verdi. – Mәn day bacarmıram, әsәblәrim
dözmür.
Belә vәziyyәtdә İsa nә deyә bilәrdi?! Onun da
әsәblәri dәmirdәn deyildi. Amma Qadәriyyәdәn fәrqli
olaraq, bu hiss onda başqa bir hissi – qәlәbә istәyini
daha da güclәndirirdi. Keçmişdә başına gәlәnlәri unu-
dub gәlәcәyә ümidlә baxmağa başlamışdı. İndi
keçmişi yada salmaq kimә vә nәyә lazım idi?! Əsas
ayaq üstә qalmaq, sonra da qәlәbә çalmaq idi. Nәyin
bahasına olursa-olsun, qәlәbә çalmaq. Hәrdәn gecәlәr
evdәn gizlincә çıxıb әtrafda baş verәnlәri öz gözlәri ilә
görmәk, tәhlükәni yaxından hiss elәmәk vә qәlәbәyә
olan inamını bәrpa etmәk istәyirdi. Qәlәbә uğrunda
lazım gәlsә, canını da qoyardı, buna zәrrә qәdәr dә
şübhә etmirdi.
165