Page 161 - "Bildirçin və payız"
P. 161
Áèëäèð÷èí âÿ ïàéûç

– Hәr necә olsa, vәziyyәtimiz indikindәn pis ol-
mayacaq.

– Əmәlli-başlı tәlәyә düşmüşük. O qәdәr qarışıq
şeylәr var ki, adam lap başını itirir, – İsa sanki öz-
özünә danışırmış kimi dedi. – Yaman seçimdir, vallah:
Ya vәtәnini sat, ya da ki, özünü! Şәxsәn mәnimçün bu
müharibәdә mәğlubiyyәt әzablı ölümdәn dә pisdir.

– Sәn әmәlli-başlı romantiksәn ki! – Abbas dedi.
– Biz niyә dәrd çәkәk ki?! – İbrahim dillәndi. – Niyә
tәәssüf çәkәk?! Sizdәn soruşuram e-e, niyә? Ölmәk
ölmәkdir, xırıldamaq nәyә lazım?!
– Hәrdәn mәnә elә gәlir ki, – İsa dedi, – ölmәkdәn-
sә keçmişә qayıtmaq daha yaxşıdır, hәrdәnsә elә gәlir
ki, heç kimin hesablaşmadığı bir ölkәdә hörmәtli
adam olmaqdansa, dünyada sözü keçәn bir dövlәtin
әclaf bir vәtәndaşı olmaq yaxşıdır.
– Yadıma gәlir ki, bir dәfә sәndә iki İsanın mübari-
zә apardığını deyirdin, – İbrahim gülә-gülә dedi. –
Sözümün mustafası, bu dәqiqә bizi danışan İsanın
yox, susan İsanın fikri maraqlandırır.
Hamısı bәrkdәn güldü.
“Nә olsun ki, onlar mәnimlә razı deyil, – İsa fikir-
lәşdi, – vacib olan odur ki, hәr birimiz düşdüyümüz
acınacaqlı vәziyyәtin sәbәblәrini bilәk. Mәgәr bütün
bәlaların başında şәxsiyyәtin alçaldılaraq heçә
endirilmәsi durmur?! Düşmәni bayırda axtarmaq
lazım deyil, qorxulu xәstәlik bizi içdәn yeyir”.
Hәyәcan siqnalı verildi, işıqlar söndü, әtraf zülmәtә
qәrq oldu, bir anda sanki hәyat dayandı. Samir kafenin
zalında gizlәnmәyi tәklif etdi, lakin onun bu fikrini

161
   156   157   158   159   160   161   162   163   164   165   166