Page 159 - "Bildirçin və payız"
P. 159
Áèëäèð÷èí âÿ ïàéûç

– Bax elә ömrümüz belәcә keçdi, – sanki nәyisә eti-
raf edirmiş kimi İnayәt xanım dillәndi, – müharibә
dalınca müharibә, hәyәcan siqnalları, top atәşlәri,
bomba partlayışları... Yaxşı olardı ki, lap әvvәldәn
başqa bir planetә köçәk.

Otaq zülmәt içindә idi, hamı sakit dayanmışdı.
Boğazları qurumuşdu. Hardasa uzaqlarda dörd dәfә
dalbadal top atәşi eşidildi.

– Əmin olun ki, bu nәsil, – İnayәt xanım yenә
dillәndi, – heç bir cәhd göstәrmәdәn birbaşa cәnnәtә
düşәcәk.

23
Ertәsi günü axşamadәk İsa hәyәcan içindә idi.
Saysız-hesabsız şad, yaxud bәd xәbәr vә şayiәlәrdәn
baş çıxarmaq, onların hansına inanıb, hansının saxta
olduğunu müәyyәn etmәk çәtinlәşmişdi. Axşamtәrәfi
hәmişә oturduqları kafeyә qaçdı. Tez dostlarla
görüşmәk, qorxu vә istәklәrini onlarla bölüşmәk
niyyәtindәydi. Ona elә gәlirdi ki, indi heç bir şәr
qüvvә onların bu dostluğunu poza bilmәz.
İbrahim hisslәrini gizlәdә bilmirdi.
– Elә bilirsiniz, İsrailin atdığı bu addımın arxasında
başqa bir dövlәt dayanmır?
Hamı tәәccüblә bir-birinә baxdı. İbrahim isә
başladığı söhbәtә ara vermәk istәmәdi:
– Onun arxasında Fransa, İngiltәrә vә ABŞ dayanıb.
– Mәnә elә gәlir, bizim ordumuz İsraili, mәsәlәyә
onun mü әfiqlәri müdaxilә edincәyә qәdәr darmada-
ğın edәcәk.

159
   154   155   156   157   158   159   160   161   162   163   164