Page 163 - "Bildirçin və payız"
P. 163
Áèëäèð÷èí âÿ ïàéûç

– Deyәsәn, axırımız gözlәdiyimizdәn dә tez çatıb,
– İbrahim pıçıldadı.

– Nә qәdәr bacarırsan, Allaha dua et! – Samir cavab
verdi.

Bir saat gözlәntidәn doğan işgәncә vә narahatlığa
“tәhlükә sovuşdu” siqnalı ilә yekun vuruldu. İndi
daldalanacağı tәrk etmәk olardı. Dostlar İbrahimin
maşınına doluşdu. Beş dәqiqә yol getmәmişdilәr ki,
yenә hәyәcan siqnalı verildi. Dayandılar. Tәrslikdәn
әtrafda bir dәnә dә olsun, daldalanmağa yer yoxuydu.
Maşında gözlәmәyi qәrarlaşdırdılar.

– Nә vәchlә olur-olsun, sağ qalmalıyıq, çünki
hәyatımızın dәyәri, deyәsәn, artıb, – İbrahim әsәbdәn
gülәrәk zarafat etdi.

Bir saat da maşının içindә keçdi. Axır ki, tәhlükәnin
bitdiyindәn xәbәr verәn siqnal sәsi gәldi. Elә bil “ford”
da bir yerdә dayanmaqdan bezmişdi, İbrahim qaza
basan kimi yerindәn götürüldü, birinci, dalınca da
ikinci, üçüncü körpünü keçәrәk Zamalikә doğru isti-
qamәt aldı. Yenә siqnal sәsi onları dayanmağa mәcbur
etdi. Yenә güllәbaran başladı.

– Yәqin, hәrbi obyektlәri bombalayırlar, – İsa
özünü әlә almaq vә başını qatmaq üçün danışmağa
üstünlük verdi.

– Bәlkә, hara gәldi atırlar? – qorxudan qıvrıla-
qıvrıla qalan Samir mızıldandı.

– Nә danışırsınız! Mülki әhalinin güllәlәnmәsi
böyük cinayәtdir, – Abbas dedi.

– Yaxşı ki, tәsәlliverici sözlәrlә özümüzü әlә almağa
çalışırıq, – söhbәtә İbrahim nöqtә qoydu.

163
   158   159   160   161   162   163   164   165   166   167   168