Page 167 - "Bildirçin və payız"
P. 167
Áèëäèð÷èí âÿ ïàéûç

– Deyirsәn, xoşbәxtliyimizi insan bәdbәxtliklәri
üzәrindә quraq?.. Belә hәyat bizә, ya bu yazıq insan-
lara lazımdır? – Dostu laqeyd halda çiyinlәrini çәkdi.
– Ola bilsin, – İsa fikrinә davam etdi, – bütün әzab-
әziyyәtlәrinә baxmayaraq, hәyata bağlanmaq bir
qәdәr ağılsızlıqdır, lakin sağ qalmışıqsa, demәli,
mübarizә aparmalıyıq, hәyatın bütün mәnasızlığı ilә
mübarizәmizi axıra qәdәr davam etdirmәliyik...

– De görüm, – İbrahim onun sözünü kәsdi, –
doğrudan, belә dәyişmisәn?

İsa cavab vermәdi, yalnız dişlәrini bir-birinә
sıxmaqla kifayәtlәndi. Sir-sifәtindәn söhbәtin ona xoş
olmadığı görünürdü...

Bu arada böhran әn yüksәk hәddә çatmışdı. Dünya
xalqları öz qәrarlarını vermişdilәr, tәcavüzkarlar bir
şey әldә etmәdәn geriyә çәkilmәyә mәcbur
qalmışdılar. Ümumxalq sevincinin hәddi-hüdudu
yoxuydu.

Köhnә vaxtlardakı kimi dostlar yenә köhnә
kafelәrindә bir araya gәldilәr. Üzlәrindәki kәdәrdәn,
solğun baxışlardan gәlәcәkdә onları parlaq günlәrin
gözlәmәdiyi oxunurdu.

– Belә, – İbrahim hәmişәki kimi acı dilini işә saldı,
– havamız çoxdan çalınıb.

– Hә, düz deyirsәn, – sulu qәlyanı sümürәn Abbas
dedi. – İndi bizimçün bir qәpik belә pul qoymadan
ruletkada nәsә qazanıb qabağa düşmәk, ayağa qalxıb
hansısa işә başlamaqdan daha asandır.

Hә a ona әn yaxın olan Samirin belә yaşıla çalan
gözlәrindәn mәyusluq yağırdı.

167
   162   163   164   165   166   167   168   169   170   171   172